Cümə axşamı , Aprel 25 2024
azfa

Gündəlik Arxivlər: Dekabr 28, 2021

Robert Mali: İran raket proqramından qonşu ölkələri təhdid etmək üçün istifadə edir

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Amerikanın İran üzrə xüsusi nümayəndəsi Robert Mali, hansı ki Vyanada baş tutan İranla digər anlaşma ölkələri arasındakı nüvə danışıqlarına dolayı yolla qatılan Amerika nümayəndə heyətinə başçılıq edir, dekabrın 27-də “The New Yorker” jurnalına açıqlamasında rəsmi Tehranın raket proqramları və bölgədə yaratdığı …

Ətraflı oxu »

Xankəndidə separatçı rejimin ləğvi prosesinin başlandığı bildirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Nikol Paşinyanın “Qarabağın statusu Azərbaycanın Konstitusiyasına uyğun həll edilməlidir” açıqlamasından sonra Xankəndidəki separatçı-terrorçu rejimdə fövqəladə vəziyyət yaranıb. Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb. Qəzet yazır ki, Qarabağdakı separatçı-terrorçu rejimlə yanaşı, “müxalifət” olan siyasətçilər də Ermənistan rəhbərliyinə qarşı üsyan qaldırıb: “İndi əsas müzakirə mövzusu …

Ətraflı oxu »

Güney Azərbaycan şəhərlərində təqaüdçülər etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan, Ərdəbil və s. şəhərlərində təqaüdçülər etiraz aksiyası keçiriblər. Dekabrın 28-də Güney Azərbaycanın həmin şəhərlərində Təqaüdçülər Fondunun binaları qarşısına toplaşan etirazçılar təqaüdlərinin aşağı olmasına, rütbələndirmə və bərabərləşdirmə qanununun tətbiq olunmamasına, sığorta xidmətləri sahəsindəki problem və çatışmazlıqların həll olunmamış qalmasına etirazlarını bildiriblər. …

Ətraflı oxu »

Başqa ölkələrlə yanaşı Azərbaycan da Türkiyənin “Turkovak” vaksinindən istifadə edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib ki, qardaş Türkiyənin istehsalı olan “Turkovak” vaksini ilə bağlı 2-ci faza sınaq mərhələləri başa çatıb. Onun sözlərinə görə, vaksinin Azərbaycana gətirilməsi …

Ətraflı oxu »

İran rejiminin yaxaladığı azərbaycanlı fəal Əfşar Mühibbə azadlıq tələb edildi

Milli fəallar məhbus azərbaycanlı fəala qarşı təzyiqlərə etiraz ediblər. GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dekabrın 27-də Ərdəbildə azərbaycanlı milli fəallar rejimin həbs etdiyi azərbaycanlı fəal Əfşar Mühibbə dəstək məqsədilə onun fotolarının əks olunduğu posterləri şəhərin müxtəlif yerlərində divarlara yapışdırıb. Onlar bu vasitə ilə ona azadlıq tələb edib və …

Ətraflı oxu »

İranın ETTELAAT məmurları azərbaycanlı fəal Təbrizdə yaxalayaraq döyüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin ETTELAAT İdarəsinin məmurları azərbaycanlı idmançı və mədəni fəal Təbriz şəhərində “boksçu Kərim” kimi tanınan Kərim İsmayılzadəni yaxalayaraq, ETTELAAT İdarəsində döyüb və işgəncə ediblər. Azərbaycanlı fəal dekabrın 12-də Təbrizdə Urmiya gölünün ekoloji fəlakətinə səlahiyyətli qurumların diqqət yetirməməsinə etiraz etdiyi üçün saxlanılıb və …

Ətraflı oxu »