Şənbə , Aprel 27 2024
azfa

Gündəlik Arxivlər: İyun 7, 2022

“Türkiye” adının işlədilməsi ilə bağlı NATO-ya müraciət

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə xarici dillərdə “Türkiye” adının işlədilməsi ilə bağlı NATO-ya məlumat verib. Məsələ ilə bağlı Türkiyənin NATO-dakı daimi nümayəndəliyi keçən həftə NATO-nun baş katibi Yens Stoltenberqə məktub göndərib. Məktubda “Türkiye” adının xarici dillərdə istifadəsi ilə bağlı məlumatlar yer alıb. Xarici işlər naziri Mövlud Çavuşoğlu …

Ətraflı oxu »

İran rejimi Əhərdə azərbaycanlı milli fəal Əyyub Əbülzadə yaxalanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 7-də İran rejimi Güney Azərbaycanın Əhər şəhərində həmin şəhərdə yaşayan azərbaycanlı milli-mədəni fəal Əyyub Əbülzadə yaxalayıb. Fəalın həyat yoldaşı Sara Xudakərəmi özünün “İnstaqram” hesabında bu barədə məlumay yayıb. Sara Xudakərəmi “İnstaqram” səhifəsində yazıb: “Həbsin səbəbləri barədə məlumat verilməsə də, Əyyubun bundan öncə …

Ətraflı oxu »

Tehran: İran və Ermənistan ikitərəfli münasibətləri genişləndirmək üçün çoxlu ümumi cəhətlərə malikdir

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, KTMT-nin Parlament Assambleyasının iclasında iştirak etmək üçün İrəvanda səfərdə olan İran parlamentinin nümayəndə heyəti iyunun 6-da Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb. Görüşün əvvəlində Abbas Müqtədayi iki ölkə arasında münasibətlərin artan endensiyasından məmnunluğunu ifadə edərək, İslam Şurası Məclisinin iki ölkə …

Ətraflı oxu »

Ukrayna Rusiyanın 1390 ədəd tank və 3416 ədəd zirehli döyüş maşını məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna müharibənin 104-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb. Bildirilib ki, Rusiya indiyə qədər 31 360 hərbçi, 1390 ədəd tank, 3416 ədəd zirehli döyüş maşını, 694 ədəd artilleriya sistemi, 207 ədəd …

Ətraflı oxu »

Azərbaycanlı fəal Əkbər Hüseyni yenidən həbs edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Mərənd şəhərindən olan və bundan öncə həbsdə olan Əkbər Hüseyni iyunun 6-da İranın Kəşfiyyat (ETTELAAT) Nazirliyinin məmurları tərəfindən yenidən həbs edilib. Hadisə şahidlərinin sözlərinə görə, Hüseyni saat 16 radələrində mağazadan çıxarkən ağ rəngli “Səmənd” markalı avtomobildə olan hökumət qüvvələri tərəfindən qandallanaraq …

Ətraflı oxu »

İran rejimindən Güney Azərbaycanın “Traxtur” komandasına qarşı daha bir ədalətsiz qərar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycana qarşı irqçi yanaşması və düşmənçiliyi ilə tanınan İranın Futbol Federasiyasının nizam-intizam komitəsi “Traxtur” klubuna qarşı daha bir ədalətsiz qərar verib. İranın Futbol Federasiyası “Traxtur” klubunun “Persepolis”lə yarımçıq qalan oyuna görə 3-0 məğlub elan edib. Rejim bununla həmçinin Azərbaycan klubunu cərimələyərək, Traxturu yarışdan …

Ətraflı oxu »

Azərbaycanlı  fəallar Sima Əlipur və həyat yoldaşı Davud Dirəxşan vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz sakini olan azərbayanlı cütlük Sima Əlipur və həyat yoldaşı Davud Dirəxşan girov qarşılığında məhkəməyə qədər zaminə buraxılıblar. Azərbaycanlı fəallar iyunun 6-da 200 milyon tümənlik girov qarşılığında zaminə bildirilir. Azərbaycanlı fəallar mayın 29-da İranın ETTELAAT İdarəsinin əməkdaşlarının evlərinə hücum etməsi ilə yaxalanmışdılar. Evə …

Ətraflı oxu »