Cümə axşamı , Oktyabr 22 2026
azfa

Azərbaycanlı fəal Əkbər Hüseyni yenidən həbs edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Mərənd şəhərindən olan və bundan öncə həbsdə olan Əkbər Hüseyni iyunun 6-da İranın Kəşfiyyat (ETTELAAT) Nazirliyinin məmurları tərəfindən yenidən həbs edilib.

Hadisə şahidlərinin sözlərinə görə, Hüseyni saat 16 radələrində mağazadan çıxarkən ağ rəngli “Səmənd” markalı avtomobildə olan hökumət qüvvələri tərəfindən qandallanaraq naməlum yerə aparılıb.

Qeyd edək ki, 2022-ci il mayın 7-də Təbriz zindanından azadlığa buraxılan Əkbər Hüseyni 4 yanvar 2021-ci ildə 2019-cu ildə İranda baş verən noyabr etirazları zamanı övladları öldürülən və həbs olunan anaların etiraz kampaniyasına dəstək verdiyi üçün yaxalanmışdı.

 Hüseyni Şərqi Azərbaycan əyalətinin Hərbi Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “ölkəyə qarşı müxalif qruplara üzv olmaq” ittihamına görə 9 ay, “hökumət əleyhinə təbliğat fəaliyyəti” ittihamına görə isə 4 ay həbs cəzasına məhkum olunmuşdu.

Həmçinin yoxlayın

ABŞ-ın dəniz blokadasının təzyiqi ilə İranın “kölgə donanması”ndakı neft ehtiyatları tükənir

GADTB: “The Wall Street Journal” qəzetinin yeni hesabatı göstərir ki, İranın Cənub-Şərqi Asiya sularında yerləşən …

Molla rejimin SEPAH terror təşkilatı müharibəni regionda genişləndiriləcəyi ilə hədələdi

GADTB: SEPAH terror təşkilatının sözçüsü Hüseyn Möhibbi region ölkələrini müharibənin əhatə dairəsini genişləndirməklə hədələyib. O, …