Çərşənbə , Oktyabr 21 2026
azfa

İrana sığınan üzdəniraq “Hüseynçilər” əsil xain olduqlarını bir daha sübut etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, vətənə xəyanət edib İrana sığınan üzdəniraq “Hüseynçilər” bir daha işğalçı Ermənistan və İranın mövqeyini dəstəkləməklə əsil vətən xaini olduqlarını sübut etdilər.

Onlar utanmadan Zəngəzur dəhlizi ilə bağlı İran rəsmilərinin ittihamlarını təkrarlayıblar.

İrana sığınan və bu ölkənin ETTELAAT İdarəsi, Sepah və Qum şəhərində yerləşən ideoloji mərkəzlər tərəfindən idarə edilən “Hüseynçilər” (İslami Müqavimət Hərəkatı) terror təşkilatının axtarışda olan azərbaycanlı ünsürləri yenidən Azərbaycan-Ermənistan sərhədində baş verənlər və Zəngəzur dəhlizi ilə bağlı təxribat xarakterli paylaşım ediblər.

İslami Müqavimət Hərəkatının paylaşımında yazılıb: “Azərbaycan dövlətinin bu müharibədən məqsədi İranın sərhədlərini işğal etməkdir. Bu müharibə region üçün təhlükəlidir və Britaniya, sionist planıdır”.

Azərbaycana xəyanət edərək İrana sığınan xainlər müharibənin növbəti mərhələsinin Zəngəzurun Azərbaycan tərəfindən işğal edilməsi olduğunu iddia edib və bundan sonra isə İranın parçalanmasına cəhd ediləcəyini yazıblar. Bu isə tamamilə Azərbaycanın düşmənlərinin mövqeyi ilə üst-üstə düşür.

Həmçinin yoxlayın

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …