Çərşənbə axşamı , Mart 19 2024
azfa

Gündəlik Arxivlər: Noyabr 25, 2022

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Güney Azərbaycanda türklərin müdafiəsinə dair sözləri barədə GADTB-nin bildirişi

GADTB: Azərbaycan Prezidenti cənab İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransının açılışındakı çıxışında Tehran rejiminin mahiyyətini açaraq, Güney Azərbaycanda Azərbaycan türklərinin hüquqlarının müdafiəsini gündəmə gitrmişdi.   Azərbaycan Prezidenti İranın iç üzünü və mahiyyətini açaraq, Güney Azərbaycanda Azərbaycan türklərinin hüquqlarının müdafiəsi barədə …

Ətraflı oxu »

Almaniyada azərbaycanlı fəal doktor Nurəddin Qərəvi hücuma məruz qalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almaniyada yaşayan tanınmış azərbaycanlı mədəni fəal, diş həkimi və “Ana dili” qəzetinin naşiri doktor Nurəddin Qərəvi hücuma məruz qalıb. Tanınmayan şəxslər evə hücum edib və doktor Nurəddin Qərəvini döyərək, ona bədən xəsarətləri yetirdikdən sonra hadisə yerindən uzaqlaşıblar. Almaniyanın federal polis xidmətinə məlumat verilib …

Ətraflı oxu »

Azərbaycan Prezidenti: “İranla sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək”

“Mən İranın üç prezidenti – Xatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi”. Bu fikirləri İlham Əliyev noyabrın …

Ətraflı oxu »

BMT İranda insan hüquqları pozuntularını araşdırmaq üçün xüsusi missiya yaradır

GADTB: BMT-nin İnsan Haqları Şurası cümə axşamı Cenevrədə keçirilən xüsusi iclasında İranda etirazlar zamanı insan haqları pozuntularını araşdırmaq üçün beynəlxalq missiyanın yaradılmasını nəzərdə tutan qətnaməni qəbul edib. ABŞ və digər Qərb dövlətləri tərəfindən fəal şəkildə irəli sürülən qətnamə Şuranı təşkil edən 47 nümayəndə heyətindən 25-i tərəfindən bəyənilib, altı ölkə, o …

Ətraflı oxu »

Molla rejiminin həbs etdiyi azərbaycanlı idmançı Kərim İsmayılzadə zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin həbs etdiyi azərbaycanlı fəal və idmançı Kərim İsmayılzadə noyabrın 24-də girov qarşılığında məhkəməyə qədər zaminə buraxılıb. Noyabrın 2-də ETTELAAT məmurları tərəfindən yaxalanan azərbaycanlı milli fəal ETTELAAT İdarəsinin təcridxanasında dindirilmə zamanı döyüldükdən sonra zindana köçürülüb. Noyabrın 16-da ETTELAAT məmurları və zindan …

Ətraflı oxu »

Azərbaycanlı fəallar Təbrizdə divarlara milli şüarlar yazıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar Təbrizdə divarlara geniş şəkildə milli şüarlar yazıblar. Bir qrup azərbaycanlı fəal noyabrın 24-də Təbrizdə divarlara Azərbaycan türkcəsi və fars dillərində müstəqillik və milli mübarizəni əks etdirən şüarlar yazıblar. Azərbaycanlı fəallar şəhərinməhəllələrin divarlarına “Bizim qiyamımız Güney Azərbaycanın müstəqilliyi üçündür”, “Aylar Həqqi”, “Bu …

Ətraflı oxu »

Molla rejimi azərbaycanlı fəal Məhəmməd Cabbarini məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Poldəşt şəhərində yaşayan tanınmış azərbaycanlı fəala Xoy şəhərində məhkəməsi üçün çağırış göndəriblər. Çağırış vərəqəsində Məhəmməd Cabbariyə qarşı “Hökumətə qarşı təbliğat, ölkənin milli təhlükəsizliyinə xələl gətirmək üçün vətəndaşları qarşıdurmaya sövq etmək və müqəddəsləri təhqir” ittihamları irəli sürülüb. Azərbaycanlı fəal …

Ətraflı oxu »