Çərşənbə axşamı , Mart 19 2024
azfa

Gündəlik Arxivlər: Noyabr 22, 2022

GADTB başqanı sayın Əjdər Tağızadənin Türk Hareketi TV-də “GüneyAzerbaycanda Neler Oluyor” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və  Güney Azərbaycan İstiqlalçılar Birliyi (GAİB) başqanı sayın Əjdər bəy Tağızadə Türk Hareketi TV-nin “GüneyAzerbaycanda Neler Oluyor” mövzusunda çıxış etmişdir. Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında Güney Azərbaycan və İran adlanan yerdə etirazların güclənməsi və artıq …

Ətraflı oxu »

Molla rejimi Təbrizdə azərbaycanlı milli fəal Mürtəza Əbülməalı həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin ETTELAAT məmurları Təbrizdə yaşayan azərbaycanlı mədəni fəal, musiqiçi və bəstəkar Mürtəza Əbdülməali noyabrın 21-də yaxalayıblar. Hələlik azərbaycanlı milli-mədəni  fəal və sənətçinin  həbs edilmə səbəbi və hara aparıldığı barədə məlumat əldə etmək mümkün olmayıb.

Ətraflı oxu »

Molla rejimin azərbaycanlı fəal Şəhruz Süleymanianı həbs cəzasına məhkum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Şəhruz Süleymanianı həbs cəzasına məhkum edib. Molla rejimin Parsabad şəhərindəki Cinayət Məhkəməsi bu barədə qərar çıxarıb. Güney Azərbaycanın Parsabad şəhərində yaşayan azərbaycanlı milli fəal rejimin Cinayət Məhkəməsinin ikinci şöbəsi tərəfindən 3 ay həbs cəzasına məhkum edilib. Azərbaycanlı …

Ətraflı oxu »

Molla rejiminin yaxaladığı azərbaycanlı fəal Davud Kabalının vəziyyəti barədə məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin yaxaladığı azərbaycanlı milli fəal Davud Kabalının vəziyyəti barədə məlumat verilmir. Oktyabrın 26-da Urmiyada yaxalanan azərbaycanlı milli fəal oktyabrın 31-də Urmiyada rejimin zindanına köçürülüb. Lakin hələ də Davud Kabalının vəziyyəti barədə məlumat verilmir. Azərbaycanlı fəalın yaxınları fəalın sağlıq durumundan nigrandırlar. Rejimin …

Ətraflı oxu »

Molla rejimi azərbaycanlı vəkil Qasım Bodini həbsə məhkum edərək girov qarşılığında zaminə buraxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi tərəfindən yaxalanan azərbaycanlı vəkil Qasım Bodi həbsə məhkum edilərək girov qarşılığında zaminə buraxılıb. Azərbaycanlı vəkil dünən 200 milyon tümənlik vəsiqə girov qoymaqla Təbrizdə yerləşən rejimin zindanından zaminə buraxılıb. Molla rejiminin məhkəməsi azərbaycanlı vəkili şərləyərək “Sistem əleyhinə təbliğdə”də ittiham edərək, 5 …

Ətraflı oxu »

Sayın Mikayil bəy Oytanın Ermənistanın İran və Rusiyanı himayə etməsinə dair Avstraliya rəsmilərinə müraciəti-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta Ermənistanın dünyada dağıdıcı siyasət yeritməsi, BMT-nin İranda insan haqlarının pozulması ilə bağlı Qətnaməsinin əleyhinə səs verməsi, ümumiyyətlə cinayətkar dövlətlər olan İran və Rusiyanı beynəlxalq səviyyədə …

Ətraflı oxu »

Təbrizdə divalara rejimə qarşı intiqam şüarları yazıldı: “Qana qan, cana can”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 21-də Təbrizdə divarlara intiqam şüarları yazılıb. Təbrizdə cinayətkar molla rejiminə qarşı divarlara geniş şəkildə Azərbaycan türkcəsində “Qana qan, cana can, ağlayır Azərbaycan”, “Aylar Həqqi”, “Bu qan yerdə qalmayacaq” və s. belə şüarlar yazılıb. Azərbaycanlı fəallar beləliklə cinayətkar və irqçi fars rejimə xəbərdarlıq …

Ətraflı oxu »