Cümə , Aprel 26 2024
azfa

Gündəlik Arxivlər: Noyabr 17, 2022

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 17 Noyabr Azərbaycanda Milli Dirçəliş Günü ilə bağlı bildirişi

GADTB: Azərbaycanda 17 Noyabrın Milli Dirçəliş Günü 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. SSRİ-nin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda xalq hərəkatı daha da genişləndi. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan “Azadlıq”da Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Milyonlarla insan meydana toplaşaraq Moskvanın …

Ətraflı oxu »

Molla rejimi Abadə şəhərində qaşqay fəallar Məhəmmədtağı Zülqədr və Bəhram Kiyanini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Fəallar Fars əyalətinin Abadə şəhərində qaşqay fəallar Məhəmmədtağı Zülqədr və Bəhram Kiyanini həbs edib. Noyabrın 16-da İran ETTELAAT İdarəsinin məmurları Fars əyalətinin Abadə şəhərində yaşayan Məhəmmədtağı Zülqədr və Bəhram Kiyaninin evlərinə hücum ediblər. Məmurlar həmin qaşqay fəalları vəhşicəsinə döyüb və …

Ətraflı oxu »

BMT-nin İranın insan haqlarının pozulmasını pisləyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranın insan haqlarının pozulmasını pisləyən qətnamə qəbul edib. Bununla bağlı Birləşmiş Millətlər Təşkilatının Üçüncü Komitəsi qətnamə qəbul edib. Noyabrın 16-da 28 əleyhinə, 68 bitərəf və 80 lehinə səslə təsdiq edilən qətnamədə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İran hökumətinin çıxardığı ölüm hökmlərinin çoxluğundan …

Ətraflı oxu »

Azərbaycanlı fəal Melika Qaragözlü zindandan xəstəxanaya köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin həbs etdiyi azərbaycanlı öyrənci fəalı, “Əllamə Təbatəbayi” Universitetinin jurnalistika fakültəsinin öyrəncisi Melika Qaragözlü zindandan Əminabad xəstəxanasına köçürülüb. Azərbaycanlı fəalın vəkili Məhəmmədəli Kamfiruzi sosial şəbəkərlərdə bununla bağlı paylaşım edərək bildirib ki, həkim və psixoloqların rəyinə görə Melika Qaragözlü zindanda həbsə dözümü …

Ətraflı oxu »

Molla rejimi dinc etiraz aksiyasında tutulan üç nəfərə ölüm hökmü verib

GADTB: Tehran İnqilab Məhkəməsi noyabrın 16-da İranda aksiyalarda iştirak edən 3 şəxsə ölüm hökmü çıxarıb. Bildirilib ki, həmin şəxslərdən biri İranda ictimai asayişi və qeyri-sabitliyi pozmaqda, o cümlədən insanlara və dövlət əmlakına ziyan vurduğu üçün “hakimiyyətə qarşı üsyan”da ittiham olunub. Digəri Pakdəşt şəhərində polis postunun yandırılması və dövlət əmlakının dağıdılmasında …

Ətraflı oxu »

Molla rejimi Ərdəbildə azərbaycanlı fəal Vədud Ənsarini ETTELAAT idarəsinə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,irqçi fars-molla rejimi Ərdəbildə azərbaycanlı fəal Vədud Ənsarini ETTELAAT idarəsinə çağırıb. Ərdəbildə İranın ETTELAAT İdarəsindən azərbaycanlı milli fəal Vədud Ənsariyə zəng edərək, ondan idarəyə getməsi istənilib. Azərbaycanlı fəal çağırış üçün rəsmi məktub göndərilmədiyini, məhkəmə qərarı olmadığı üçün bunun qanunsuz olduğunu bildirərək təhlükəsizlik idarəsinə getməkdən …

Ətraflı oxu »