Çərşənbə axşamı , Mart 19 2024
azfa

Gündəlik Arxivlər: Dekabr 14, 2022

Türk Dövlətləri Təşkilatı Türkmənistan görüşü ilə bağlı bəyanat yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü ilə bağlı Bəyanat yayıb. TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyevin imzası ilə yayılan Bəyanatda deyilir: Azərbaycan, Türkiyə və Türkmənistan Prezidentlərinin Birinci Üçtərəfli Zirvə Görüşünün nəticələrindən böyük məmnunluq hissi …

Ətraflı oxu »

İran və Ermənistan arasında elmi əməkdaşlıq artır, ticarət mübadiləsinin həcmi 30 milyard dollara çatdırılacaq

GADTB: Ermənistanın İrandakı səfiri Arsen Avakyan bu gün Əhvaz şəhərində “Şəhid Çəmran” Universitetinin rektor və akademik heyəti ilə keçirilən elm və təhsil əlaqələrinin inkişafı ilə bağlı görüşdə deyib: “İran-Ermənistan münasibətlərində universitetlərarası və akademik əlaqələrin özünəməxsus yeri var”. Nə yaxşı ki, İran və Ermənistan universitetləri arasında əlaqələrin qurulmasına çoxlu müsbət nümunələr …

Ətraflı oxu »

Təbriz Tibb Elmləri Universitetində etiraz aksiyası keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 21 Azərlə bağlı, eləcə də molla rejiminin edamlara başlamasına etiraz olaraq Təbrizin Tibb Elmləri Universitetinin öyrənciləri səssiz etiraz aksiyası və yürüş keçiriblər. Dekabrın 13-ü günortadan sonra Universitet həyətində baş tutan səssiz aksiyada azərbaycanlı öyrəncilər İranın dinc etirazçılara qarşı qətliam və edamlara etiraz ediblər. …

Ətraflı oxu »

Molla rejimi Təbrizdə azərbaycanlı öyrəncini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbriz Universitetinin “Sənaye mühəndisliyi” ixtisası üzrə təhsil alan Mehdi Fikrini dekabrın 8-də atası evində həbs edib. Azərbaycanlı öyrəncinin ailəsinə yaxın şəxslərin bildirdiyinə görə, Mehdi İran rejiminin qüvvələri tərəfindən həbs edilib. Məmurlar onun şəxsi əşyalarını, o cümlədən kompüterini və mobil telefonunu …

Ətraflı oxu »

Bütöv Azərbaycan Ocaqlarının II Bütöv Azərbaycan Forumu keçirəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tədbir Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə dekabrın 17-si saat 12:00-da “Astoria Baku” hotelinin konfrans zalında baş tutacaq.  Forum zamanı aşağıda qeyd edilən məsələlər ətrafında müzakirələr aparılacaq: ▪️ Azərbaycanın bütövlüyünün gündəmə gətirmək; ▪️ Bütöv Azərbaycanın problemlərinə bir müstəvidən yanaşmaq; ▪️ Ümummilli birliyə nail …

Ətraflı oxu »

Molla rejimi azərbaycanlı milli fəal Cavad Əhmədi Yekanlıya 2 il həbs cəzası verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Cavad Əhmədi Yekanlıya 2 il həbs cəzası verib. Güney Azərbaycanın Xoy şəhərində yaşayan azərbaycanlı milli fəal Cavad Əhmədi Yekanlı iki saxta ittihama görə 2 il həbsə məhkum edilib. Molla rejimin Xoy şəhərindəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən …

Ətraflı oxu »