Gündəlik Arxivlər: Dekabr 23, 2022

Azərbaycanlı fəal Fərzad Təqəvi Bayat həbsə məhkum edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi azərbaycanlı gənc Fərzad Təqəvi Bayatı həbsə məhkum edib. Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi azərbaycanlı fəal barəsində çıxarılan ilkin qərarı qüvvədə saxlayıb. Hökmə əsasən, Təbrizin Tuba parkında həbs edilən milli fəal Fərzad Təqəvi Bayat 3 il müddətinə həbs edilmişdir. Azadlığa buraxılandan sonra …

Ətraflı oxu »

İrəvanda “Əsrlərin tarixi-mədəni bağı Ermənistan-İran dostluğunun təminatçısıdır” adlı konfrans keçirilib

GADTB: Ermənistanın “news.am” saytının xəbərinə görə, dekabrın 21-də İrəvanın “Matenadaran” Qədim Erməni Əlyazmaları Muzey-İnstitutunda “Əsrlərin tarixi-mədəni bağı Ermənistan-İran dostluğunun təminatçısıdır” adlı konfrans təşkil edilib. Tədbirə qatılan İranın işğalçı Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri 30 il ərzində erməni vandallarının Qarabağı yağmaladığını və müsəlman azərbaycanlılara qarşı Xocalı soyqırımını törətdiyini görməzdən gələrək, iranlıların …

Ətraflı oxu »

Molla rejimi gənc türkmən şairinə qadınlara şeir həsr etdiyi üçün ölüm qərarı verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi gənc yə qadınlara şeir həsr etdiyi üçün ölüm qərarı verib. Güney Türkmənistanın Günbəd Kavus şəhərindən olan 22 yaşlı türkmən şairi Daniyal Qızılcai noyabrın 16-da molla rejiminin məmurları tərəfindən yaxalanıb. Gənc şairi şərləyən molla rejimi ona qarşı məhkəmədə ölüm qərarı kimi …

Ətraflı oxu »

İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatı: Urmiya gölü problemi böhran həddinə çatıb

İranın vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Əli Selaceqe deyib: “Urmiyada ciddi problemlərimiz var və böhran sərhəddinə çatmışıq. Urmiyanın su kvotası var və təcili şəkildə müəyyən edilməlidir”. “Jamaran” saytının xəbərinə görə, o, habelə qeyd edib ki, ölkənin su təchizatının vəziyyəti ilə bağlı qırmızı işıq yandırılıb. Qeyd edək ki, bir …

Ətraflı oxu »

Molla rejimi Süngün Mis Mədənini talamaqla ekoloji fəlakətə səbəb olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Süngün Mis Mədənini talamaqla ekoloji fəlakətə səbəb olub. Qaradağın Vərziğan bölgəsində yerləşən Süngün Mis Mədənini talayan rejim bölgədə yaşıllıqları məhv ediblər. Bundan öncə məsələnin İran parlamentində belə bir neçə dəfə müzakirəyə çıxarılmasına axmayaraq, qeyri-standart istismar nəticəsində Qaradağ meşələri …

Ətraflı oxu »

Laçın yolunda azərbaycanlıların aksiyası 12 gündür davam edir

GADTB: Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on iki gündür davam edir. Dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. İştirakçıları gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar. Hazırda …

Ətraflı oxu »

Molla rejimin həbs etdiyi azərbaycanlı gənc Əli Mirzəpurdan heç bir xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı gənc Əli Mirzəpurdan heç bir xəbər yoxdur. Azad Universitetinin hüquq fakültəsinin tələbəsi Əli Mirzəpur təxminən bir ay əvvəl Təbrizdə həbs edilib. Azərbaycanlı öyrəncinin nədə ittiham edildiyi barədə hələlik məlumat verilmir. İnsan haqları təşkilatlarının məlumatına görə, bir neçə …

Ətraflı oxu »