Cümə axşamı , Oktyabr 22 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı gənc Əli Mirzəpurdan heç bir xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı gənc Əli Mirzəpurdan heç bir xəbər yoxdur.

Azad Universitetinin hüquq fakültəsinin tələbəsi Əli Mirzəpur təxminən bir ay əvvəl Təbrizdə həbs edilib. Azərbaycanlı öyrəncinin nədə ittiham edildiyi barədə hələlik məlumat verilmir.

İnsan haqları təşkilatlarının məlumatına görə, bir neçə gün əvvəl Təbrizdə rejimin zindanından zəng zamanı Əli Mirzəpur ailəsindən vəkillə təmin olunmasına köməklik göstərməsini istəyib.

Qeyd edək ki, azərbaycanlı gənc Əli Mirzəpur Güney Azərbaycanın Sofian şəhərindəndir və 22 yaşı var.

Həmçinin yoxlayın

ABŞ-ın dəniz blokadasının təzyiqi ilə İranın “kölgə donanması”ndakı neft ehtiyatları tükənir

GADTB: “The Wall Street Journal” qəzetinin yeni hesabatı göstərir ki, İranın Cənub-Şərqi Asiya sularında yerləşən …

Molla rejimin SEPAH terror təşkilatı müharibəni regionda genişləndiriləcəyi ilə hədələdi

GADTB: SEPAH terror təşkilatının sözçüsü Hüseyn Möhibbi region ölkələrini müharibənin əhatə dairəsini genişləndirməklə hədələyib. O, …