Cümə axşamı , May 2 2024
azfa

Aylıq Arxivlər: Fevral 2023

Xoyda zəlzələdən 13200 ev zərər görüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fevralın 8-də Qərbi Azərbaycan əyalətinin Mənzil Fondunun rəisi Cəfər Bərzgər deyib ki, Güney Azərbaycanın Xoy şəhərində yanvarın 28-i baş verən 5.9 bal gücündə zəlzələdə zədələnən evlərin ümumi sayı 13200-ə çatıb. Onun sözlərinə görə, 21500 ev mütəxəssislər tərəfindən yoxlanılıb. Zərər görən evlərin 2120-i yenidən …

Ətraflı oxu »

Urmiya gölünün gələn yay quruması ehtimalının çox yüksək olduğu bildirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ətraf mühit fəalı və ekspert Məhəmməd Dərviş Urmiya gölünün “ən pis vəziyyətini” açıqlayıb. Məhəmməd Dərviş bildirib ki, 1994-cü ildə bu göldə ən azı 33 milyard kubmetr su var idisə, hazırda oradakı suyun miqdarı 1 milyard kubmetrdən azdır. Məhəmməd Dərviş Urmiya gölünün səviyyəsinin heç …

Ətraflı oxu »

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Türkmənçay müqaviləsinin ildönümü ilə bağlı bildirişi

GADTB: XIX əsrdə Rusiya-Qacar müharibələri Azərbaycan tarixi üçün faciələrin başlanğıcı olmuşdu. Bu faciənin səbəbi Rusiyanın Azərbaycana qarşı işğalçılıq siyasəti idi. Həmin dövrdə Cənubi Qafqazı, o cümlədən Azərbaycanı işğal etməyə çalışan Rusiya imperyası ilə bölgəni işğaldan qorumağa çalışan Qacarlar arasında uzunsürən müharibələr dövrü başlandı. Əslində həmin dövrdə Rusiyaya qarşı mübarizə aparan …

Ətraflı oxu »

Azərbaycanlı işçi fəalı Hüseyn Kuşi həbs müddətini bitirib azadlığa çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz zindanında həbsdə saxlanılan tanınmış azərbaycanlı işçi fəalı Hüseyn Kuşi həbs müddətini bitirib.  Azərbaycanlı işçi fəalı fevralın 7-də Təbrizdə rejimin zindanından sərbəst buraxılıb. Qeyd edək ki, azərbaycanlı işçi fəalı Hüseyn Kuşi oktyabrın 1-də öz evində təhlükəsizlik məmurları tərəfindən həbs edilmişdi. O, uzun illər …

Ətraflı oxu »

Şaxtalı havaya baxmayaraq Laçın yolundakı azərbaycanlıların etiraz aksiyası 59 gündür davam edir

GADTB: Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası əlli doqquz gündür davam edir. Havanın soyuq, qarlı və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç …

Ətraflı oxu »

Molla rejimin müstəmləkə siyasəti nəticəsində Şərqi Azərbaycan əhalisinin 25 faizi qeyri-standart evlərdə yaşayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin müstəmləkə siyasəti Şərqi Azərbaycan şəhərlərində əhalinin yoxul olmasına və nəticədə zəlzələyə davamsız olan evlərdə yaşamasına səbəb olub. Məsələyə toxunmayan Şərqi Azərbaycan valisinin sosial və mədəniyyət məsələləri üzrə müavini Məhəmməd Əsədullahi deyib ki, əhalinin 25 faizi qeyri-standart və yaşayışa uyğun olmayan …

Ətraflı oxu »

Xoy zəlzələsindən 10 gün keçsə də, evsiz qalan azərbaycanlılar hələ də çadır üçün növbə gözləyirlər

GADTB: Xoy zəlzələsindən 10 gün keçsə də, evsiz-eşiksiz qalan azərbaycanlılar hələ də çadır almaq üçün növbə gözləyirlər. Görünür, İran höküməti xoyluların payına düşən çadırları Suriyaya göndərib… Qeyd edək ki, bir neçə gün əvvəl yerli kanalların birinə müsahibə verən Xoy şəhərinin qubernatoru Zəbihullah Kazemi üzü qızarmadan büdcədən zəlzələdən zərər çəkənlərə ayrılan …

Ətraflı oxu »

Beynəlxalq Əfv Təşkilatı: “İran diplomatları Tehranın cinayətlərinin gizlədilməsində mühüm rol oynayıb”

GADTB: Beynəlxalq Əfv Təşkilatı İranda islam inqilabının ildönümü münasibətilə bəyanat yayıb. Bəyanatda İran doplomatlarının Tehran rejiminin cinayətlərini, o cümlədən 1988-ci ildə siyasi məhbusların kütləvi edamını ört-basdır etməyə çalışdıqları qeyd edilib. “İranın diplomatik nümayəndələri Tehran rejiminin həbsxanalarında 1988-ci ilin yay qırğınını inkar etməklə, yalan məlumat yaymaq və beynəlxalq araşdırmalara qarşı çıxmaqla …

Ətraflı oxu »

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Reaksiya TV”-də “Güneydə nələr baş verir? SEPAH rəhbəri Xoya gəldi” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan İstiqlalçılar Birliyi başqanı sayın Əjdər bəy Tağızadə “Reaksiya TV”-nin “Güneydə nələr baş verir? SEPAH rəhbəri Xoya gəldi” mövzusunda çıxış edib. Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında qardaş Türkiyədə dəhşətli zəlzələnin baş verməsi, böyük dağıntıların …

Ətraflı oxu »

Molla rejiminin öldürdüyü dinc etirazçıların sayı açıqlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin öldürdüyü dinc etirazçıların sayı açıqlanıb. İran İnsan Haqları Təşkilatının yaydığı məlumata görə, İranda davam edən etiraz aksiyalarında 71-i uşaq olmaqla, 528 nəfər hökumət məmurları tərəfindən öldürülüb. Məlumatda 19623 etirazçının saxlanıldığı və bunlardan 718-nin tələbə oldugu deyilir. Həbslərdən başqa, tələbələrin universitetlərdən …

Ətraflı oxu »