Aylıq Arxivlər: Mart 2023

Xankəndidə ermənilər müharibəyə hazırlıq üçün sığınacaqlar hazırlayırlar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qarabağa Ermənistandan silah daşınmasından sonra Xankəndidə aktivlik başlayıb. Dünən qondarma rejimin “təhlükəsizlik şurası”nın təcili “iclas”ından sonra bu gün “dövlət naziri” Qurgen Nersisyan bütün“mülki müdafiə xidmətləri” və “rayon başçılarının toplantısını” təşkil edib. Nersisyan görüş zamanı mülki müdafiə üçün qısamüddətli və uzunmüddətli fəaliyyət planının hazırlanması …

Ətraflı oxu »

Ərakda Müəllimlərin Həmkarlar İttifaqının fəalı Məhəmməd Sadiqi həbs edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Müəllimlərin Həmkarlar İttifaqları Təşkilatlarının Koordinasiya Şurası məlumat verib ki, molla rejimi martın 10-da Ərakda Müəllim Həmkarlar İttifaqı fəalı Məhəmməd Sadiqini oğurlayaraq, yaxalayıb. Sadiqi 8 martda keçirilən ümummilli mitinqdə iştirak edib və hazırda Ərakda rejimin Polisinin Təcridxanasında həbsdə saxlanılır. Qeyd edək ki, həmin gün …

Ətraflı oxu »

Azərbaycanlı fəallar Tehranda vərəqələr yayladı; Tehran qeyri-fars millətlərin sürgün yerinə çevrilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı fəal Tehranda martın 12-də Tehran şəhərinin bir çox bölgələrində İran hökumətinin ayrı-seçkilik siyasətlərinə etiraz olaraq üzərinə şüarlar yazılmış vərəqələr yayıblar. Azərbaycanlı fəallar bununla son yüz ildə Azərbaycan millətinə qarşı sistematik ayrı-seçkiliyə reaksiya verib və xalqı xilas etməyin yeganə yolunun müstəqillik …

Ətraflı oxu »

İran Suriyanı narkotik istehsalı mərkəzinə çevirib: Üç milyon “cihad həbi” saxlanıldı

GADTB: İraq hakimiyyəti İraq-Suriya sərhədindəki əl-Qaim şəhərində üç milyon “Captagon” tableti daşıyan yük maşınını saxlayıb. Bu həb radikal islamçı yaraqlılar arasında populyarlığına görə “cihad həbi” kimi tanınan amfetamin tipli stimullaşdırıcıdır. Qeyd olunur ki, həblər soyuducu yük maşını ilə daşınan alma qutularında gizlədilib. Bildirilir ki, əl-Qaim “İran tərəfindən dəstəklənən İraq silahlılarının …

Ətraflı oxu »

Azərbaycanlı xanım Tahirə Becrəvani 18 ay müddətinə azadlıqdan məhrum edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2019-cu ilin noyabr etirazlarının qurbanlarından Əli Fütuhinin həyat yoldaşı Tahirə Becrəvani Şəhryarda rejimin İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən 18 ay həbs cəzasına məhkum edilib. Tahirə Becrəvani molla rejimi tərəfindən “rəhbərliyi təhqir etmək”də ittiham edilərək, ona qarşı irəli sürülən ittihamı sübut etmək üçün məhkəməyə …

Ətraflı oxu »

İran Ali Məhkəməsi Həbib Fərəcullah Çəəbin ölüm hökmünü təsdiqləyib

GADTB: İran Ali Məhkəməsi “Hərkah ən-Nizal əl-Həvaz”ın (Əhvazın Azadlığı Uğrunda Ərəb Mübarizə Hərəkatı) qurucusu Həbib Osyod kimi tanınan Həbib Fərəcullah Çəəbin ölüm hökmünü təsdiqləyib. İsveç vətəndaşı olan 48 yaşlı Həbib Osyod 2019-cu ilin oktyabrında Türkiyəyə səfəri zamanı İran İslam Respublikasının təhlükəsizlik agentləri tərəfindən qaçırılıb. Məlumatlara görə, bu aksiya İslam Respublikasının …

Ətraflı oxu »

Rusiya türkləri və başqa xalqları Ukrayna ilə müharibədə öldürür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukraynaya qarşı müharibədə Rusiyanın itkiləri baxımından Moskva və Sankt-Peterburq elə də zərər görməyib. Bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub. Hesabata görə, Rusiya müharibədə ciddi itkilər verməkdə davam edir, lakin itkilərin sayı ölkənin müxtəlif regionlarında fərqlidir: “Ən zəngin şəhərlər olan Moskva və …

Ətraflı oxu »

Təbrizin Mənzəriyyə məntəqəsində güclü partlayışda ölən və yaralanan var

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində martın 12-də gecə 3-də yaşayış binasında güclü partlayış olub. Hadisədə 5 nəfər ölüb, 4 nəfər yaralanıb. Bildirilib ki, partlayış 100 evə təsir edib. Şərqi Azərbaycanın Fövqəladə Hallar İdarəsinin rəhbəri Məhəmməd Xanbərar olayda 3 yaşayış evinin tamamilə dağıldığını açıqlayıb.

Ətraflı oxu »

Hindistan, İran və Ermənistan Avropaya yeni dəhliz barədə danışıqlar aparırlar

GADTB: Ərəb körfəzi-Qara dəniz dəhlizinin tikintisi təklifi ötən həftə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Hindistana səfəri çərçivəsində yüksək vəzifəli şəxslər və ekspertlərdən ibarət Ermənistanlı qrup tərəfindən irəli sürülüb. Bununla bağlı Hindistan da İran hakimiyyəti ilə danışıqlara başlayıb. Təklif olunan dəhlizin məqsədi- Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinə paralel olaraq Mumbayı İranın …

Ətraflı oxu »

Sayın Əjdər bəy Tağızadə  və sayın Salah Əbuşərif Ələhvazinin “Güney Azərbaycan Səsi”ndə çıxışları -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə və Ələhvaz Demokratik Xalq Cəbhəsinin başqanı sayın Salah Əbuşərif Ələhvazi “Güney Azərbaycan Səsi”ndə “Güney Azərbaycan türkləri və əl-Əhvaz ərəblərinin mübarizəsinə baxış” mövzusunda çıxış ediblər. Sayın Əjdər bəy Tağızadə və sayın Salah Əbuşərif …

Ətraflı oxu »