Bazar , Sentyabr 20 2026
azfa

Cavid Rəhman: “İranda repressiyalar beynəlxalq cinayətlər səviyəsinə yüksəlib”

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Cavid Rəhmanın hökumət tərəfindən etirazçılara qarşı repressiyalar, 476 etirazçının öldürülməsi, 18000 nəfərin həbsi və təcavüzlərlə müşayiət olunan kobud rəftarlarını özündə ehtiva edən 20 səhifəlik hesabatı İranda insan haqlarının pozulmasından bəhs edir.

Beş ayda 64 uşağın öldürülməsi və başda kürdlər və bəluçlar olmaqla etnik və dini azlıqlardan olan qurbanların çoxluğunu nəzərdən keçirən hesabatda ölənlərin yas mərasimi zamanı zorakılıq və repressiyaların təfərrüatları və yaralı etirazçıların tibbi xidmətlərdən məhrum edilməsi təsvir edilib.

Ötən il noyabrın əvvəlində Cavid Rəhman BMT Baş Assambleyasına İranda etirazların geniş şəkildə yatırılmasına dair geniş hesabat təqdim etmişdi. Ümumxalq etirazlarınin ilk günlərində o, İranda məcburi hicaba qarşı qətnamə çıxarılmasına çağırış etmişdi.

Cavid Rəhman son hesabatında qeyd edib ki, İslam Respublikasında vətəndaşlara qarşı repressiyalar, qətllər, işgəncələr, zorakılıqlar, cinsi təcavüzlər və təqiblərin səviyyəsi o həddə çatıb ki, bu, “insanlıq əleyhinə cinayətlər”  kateqoriyasına aid  edilməlidir./ Azad İran

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …