Çərşənbə , Noyabr 18 2026
azfa

Rusiya türkləri və başqa xalqları Ukrayna ilə müharibədə öldürür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukraynaya qarşı müharibədə Rusiyanın itkiləri baxımından Moskva və Sankt-Peterburq elə də zərər görməyib.

Bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.

Hesabata görə, Rusiya müharibədə ciddi itkilər verməkdə davam edir, lakin itkilərin sayı ölkənin müxtəlif regionlarında fərqlidir:

“Ən zəngin şəhərlər olan Moskva və Sankt-Peterburq əhalisi ən az itkiyə məruz qalanlardır. Bu, xüsusilə ölkənin elit ailələrinə aiddir. Bir çox şərq bölgələrində ölüm nisbəti, Moskvadan 30 dəfə yüksəkdir. Bəzi yerlərdə ən çox əziyyət çəkən etnik azlıqlardır. Həştərxanda itkilərin təxminən 75%-ni qazax və tatarlar təşkil edir”.

Həmçinin yoxlayın

Zəncanda mənzil növbəsində olan şəxslər evlərin təhvil verilməsinin gecikməsinə etiraz ediblər

GADTB: 27 aban 1405-ci il tarixində bir qrup mənzil müraciətçisi Zəncan vilayətinin Yol və Şəhərsalma …

İsrail ordusu İrana qarşı yeni müharibəyə hazırlaşır

GADTB: İsrailin “Ynet” xəbər saytı bildirib ki, İsrail ordusu İranla yenidən hərbi qarşıdurmaya hazırlaşır. Lakin …