Gündəlik Arxivlər: May 8, 2023

Şuşa “Xarıbülbül” festivalına hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mayın 9-11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Bu ərəfədə Şuşa festival ab-havasına bürünüb. Qeyd edək ki, mayın 9-11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa …

Ətraflı oxu »

Azərbaycanlı alpinist dünyanın dördüncü hündür zirvəsinə çıxacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,Təbrizdən olan azərbaycanlı alpinist Əbülfəz Gözəli dünyanın dördüncü hündür zirvəsi olan 8516 metrlik Lutse zirvəsinə çıxacaq. Bu barədə Təbriz mediası məlumat yayıb. O, 7450 yüksəkliyə qalxdıqdan sonra iqlim və havaya uyğunlaşmaq üçün Everestin əsas kəmpinə qayıdıb. Azərbaycanlı alpinist növbəti mərhələdə Lutse zirvəsinə qalxacaq.

Ətraflı oxu »

İran xarici işlər nazirinin terrorçu olduğu ifşa olunub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mayın 7-də İranın Xarici İşlər Nazirliyinin saytına haker hücumu nəticəsində İran xarici işlər nazirinin terrorçu olduğu ifşa olunub. İfşa olunan məlumata görə, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Sepah terror təşkilatı və onun Qüds qanadının köhnə üzvlərindən biri olub və hazırda radikal …

Ətraflı oxu »

Güney Azərbaycanın şəhərlərində müxtəlif yerlərdə etiraz aksiyaları keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bazar günü Azərbaycanın Zəncan, Təbriz, Qəzvin və Meşkinşəhr kimi bir sıra şəhərlərində həmkarlar ittifaqı və tələbə etirazları keçirilib. Bazar günü Zəncanda dəmiryol işçiləri, Qəzvin və Təbrizdə təcili tibbi yardım işçiləri, həmçinin Ərdəbil vilayətinin Xiyav (Meşkinşəhr) şəhərində tibb bacısı və təcili tibbi yardım fakültəsinin …

Ətraflı oxu »

Molla rejimin həbs etdiyi azərbaycanlı həkimlərin həyatı təhlükədə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Kərəc həbsdə saxladığı azərbaycanlı həkimlər Həmid və Fərzanə Qarahəsənli sağlıq durumu ağırlaşıb və onların həyatı təhlükədədir. Bu haqda azərbaycanlı cütlüyün vəkili Möhsün Bayat məlumat yayıb. Bayat Fərzanə Qarahəsənlinin xərçəng, Həmid Qarahəsənlinin isə ağciyər xəstəliyindən əziyyət çəkdiklərini, buna rəğmən müalicələrinə icazə …

Ətraflı oxu »

Ermənilər Laçında Azərbaycanın ekskavatorunu atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mayın 8-i saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində şərti sərhəddə Azərbaycanın ekskavatorunu atəşə tutub. Bu barədə Azərbaycan Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Ətraflı oxu »

Təbrizli badmintonçu Aysan Zarei Asiya çempionatına yol tapdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizli badmintonçu Aysan Zarei 15 yaşadək qızlar arasında milli komandaya seçim turnirində iki günlük mübarizədən sonra rəqiblərinə qalib gələrək Orta Asiya çempionatına yollanacaq. Qum şəhərinin ev sahibliyi etdiyi bu yarışlarda İranın hər yerindən 32 yeniyetmə idmançı iştirak edib. Qeyd edək ki, 2023-cü il …

Ətraflı oxu »