Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı həkimlərin həyatı təhlükədə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Kərəc həbsdə saxladığı azərbaycanlı həkimlər Həmid və Fərzanə Qarahəsənli sağlıq durumu ağırlaşıb və onların həyatı təhlükədədir.

Bu haqda azərbaycanlı cütlüyün vəkili Möhsün Bayat məlumat yayıb.

Bayat Fərzanə Qarahəsənlinin xərçəng, Həmid Qarahəsənlinin isə ağciyər xəstəliyindən əziyyət çəkdiklərini, buna rəğmən müalicələrinə icazə verilmədiyini bildirib.

Qeyd edək ki, 2022-ci il noyabrın 4-də 53 yaşlı azərbaycanlı rentgenoloq Həmid Qarahəsənli və xanımı 46 yaşlı laboratoriya elmləri üzrə mütəxəssis Fərzanə Qarahəsənli Kərəc şəhərindəki evlərində həbs ediliblər.

İrqçi fars-molla rejimi  etiraz aksiyaları zamanı hökumət qüvvələrinin üzvünün öldürülməsi məsələsi ilə bağlı şərlədiyi azərbaycanlı rentgenoloq Həmid Qarahəsənli və onun həyat yoldaşı, kardioloq Fərzanə Qarahəsənlini 20 il sürgündə həbsə məhkum edib.

Hakim Asif Əl-Hüseyninin sədrliyi ilə keçirilən məhkəmə prosesinin sonunda Həmid Qarahəsənli Yəzdə 15 il, həyat yoldaşı Fərzanəni isə Məşhədə 5 il sürgündə həbsə məhkum ediliblər.

Həmid Qarahəsənli və həyat yoldaşı Fərzanə Qarahəsənli 2022-ci il noyabrın 4-də Kərəcdə Hədis Nəcəfinin qırx mərasimi zamanı həbs edilib və radikal Bəsic qüvvələrinin üzvü Ruhllah Əcəmiyanın öldürülməsində iştirak etdikləri ittihamı ilə mühakimə olunublar.

Azərbaycanlı həkim və onun həyat yoldaşı həbsdə vəhşicəsinə işgəncə ediliblər.

Həmçinin yoxlayın

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …

Yeni peyk görüntüləri Küləng dağı tunellərinin hələ də bağlı olduğunu göstərir

GADTB: Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu 7 oktyabr 2026-cı il tarixinə aid peyk görüntülərini yayımlayaraq …