Gündəlik Arxivlər: May 29, 2023

Azərbaycan ordusu erməni təxribatının qarşısını aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mayın 29-u Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Azərbaycan Ordusumun Ağdam, Xocavənd, Şuşa, Laçın və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat …

Ətraflı oxu »

Tehranda 40 qız öyrənci təhsildən məhrum edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda etirazçı öyrəncilərə qarşı təzyiqlər davam edir. Tehran İncəsənət Universitetinin ən azı 40 xanım öyrəncisinin ali məktəbə girişi qadağan edilib. Bu barədə İran Tələbə Həmkarlar İttifaqı Şuralarının yaydığı bəyanatda deyilir. Məlumata görə, universitetin evli tələbələri üçün nəzərdə tutulan yataqxanasında yaşayan 20 tələbənin də …

Ətraflı oxu »

Urmiya gölünü quruyacağı təqdirdə dəhşətli xəstəliklər meydana gələcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın keçmiş vitse-prezidenti və Ətraf Mühitin Qorunması Təşkilatının sabiq sədri İsa Kəlantəri Urmiya gölünün quruyacağı təqdirdə dəhşətli xəstəliklərin meydana gələcəyini deyib. O deyib ki, “Urmiya gölü quruyarsa, yay və qış mövsümlərinin hərarəti arasındakı fərq 7 dərəcə artacaq”. Onun sözlərinə görə, hərarət artarsa, həmin …

Ətraflı oxu »

Sayın Mikayil bəy Oytadan Türkiyə prezident seçkiləri ilə bağlı təbrik məktubu- Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta Türkiyədə prezident seçkiləri və cənab Rəcəb Təyyib Ərdoğanın prezident seçkilərində qalib gəlməsi münasibəti ilə təbrik məktubu ünvanlayıb. Sayın Mikayil bəy Oytanın təbrik məktubunu təqdim edirik:

Ətraflı oxu »

Güney Azərbaycanın Nefelin Sienit şirkətinin işçiləri etiraz aksiyası keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Kəleybər şəhərində yerləşən Nefelin Sienit şirkətinin  işçiləri əmək haqları və sığorta haqlarının ödənilməməsi və onlarla əmək müqaviləsi bağlanmamasına etiraz olaraq dünən və bu gün etiraz aksiyası keçiriblər. Dünən səhərdən etiraz aksiyası başlayıb və bu gün də davam edir. İşçilər bildirirlər ki, …

Ətraflı oxu »

Təbriz Universitetində Azərbaycan türkcəsi və ədəbiyyatı dərsləri dayandırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz Universitetinin Azərbaycan türkcəsi və ədəbiyyatı bölməsinin öyrənciləri dərsləri dayandırıblar. Öyrəncilər bildirib ki, universitet rəhbərliyi, fars dili və ədəbiyyatı bölməsinin məsulları bir çox məsələlərdə, o cümlədən Azərbaycan türkcəsi və ədəbiyyatı bölməsinə mütəxəssis kadrların cəlb olunmasına müdaxilələr edirlər. Bildirilib ki, problemlərin həll olunana və …

Ətraflı oxu »

Türkiyə və Azərbaycanda Rəcəb Təyyib Ərdoğanın qələbəsi təntənə ilə qeyd edilib – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qələbəsi Türkiyə və Azərbaycanda təntənə ilə qeyd edilib. Rəcəb Təyyib Ərdoğan axşam Ankarda Prezident Sarayı qarşısında çıxış edib. Ərdoğan dəstək mitinqində 320 min insanın iştirak etdiyini bildirib. Dünən axşam Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) Bakının …

Ətraflı oxu »