Aylıq Arxivlər: İyun 2024

Azərbaycanda enerji inqilabı: Bakı bərpa olunan enerjiyə sərmayə qoymaqla davamlı gələcək yaratmaq niyyətindədir

GADTB: “Tejarat news” saytı yazır: “Azərbaycan bərpa olununan enerji layihələrinə sərmayə qoyub. Bu investisiyaya iki günəş elektrik stansiyasının və bir külək elektrik stansiyasının tikintisi daxildir.  Bu layihələr Bakının 2030-cu ilə qədər ölkədə elektrik enerjisinin 30%-ni bərpa olunan mənbələr hesabına istehsal etmək kimi iddialı hədəfinə doğru atılmış önəmli addımdır”. Birləşmiş Ərəb …

Ətraflı oxu »

Bakıda Türk Dünyası Təhsil Sərgisi keçirildi

GADTB: İyunun 22-də “Ceo Fair” şirkətinin təşkilatçılığı ilə Bakıda növbəti Türk Dünyası Təhsil Sərgisi baş tutub. Sərgidə yerli və xarici təhsil mərkəzlərinin direktorları, Milli Məclisin deputatları, Türkiyə universitetlərinin müəllimləri və digər qonaqlar iştirak ediblər. Türkiyənin bir sıra aparıcı universitetlərinin təmsil olunduğu sərgidə əsas məqsəd türk dünyasının perspektivli universitetlərini bir araya …

Ətraflı oxu »

Azərbaycanlı fəallar Savalanın zirvəsinə öldürülən azərbaycanlı etirazçı gənc qızın xatirəsinə banner qaldırdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Milli Hərəkatının bir qrup fəalı Savalan zirvəsində banner qaldırmaqla şəhidlərini unutmayacaqlarını bildiriblər. Zirvədə quraşdırılan bannerdə yazılıb: “Şəhid Aylar Həqqinin xatirəsinə; Azadlıq, Ədalət, Milli hökumət; Bu qanlar yerdə qalmayacaq!” Azərbaycanlı milli fəallar Aylar Həqqinin xatirəsinə molla rejimin seçkilərini boykot edəcəklərini bildiriblər. https://t.me/GADTB1/35788

Ətraflı oxu »

Molla rejimi Təbrizdə həbs etdiyi azərbaycanlı milli fəallara təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə həbsdə saxladığı azərbaycanlı milli fəallar Kərim İsmayılzadə, Milad Cəlili (Elşən) və Salar Tahir Əfşara təzyiq göstərir. Molla rejimin ETTELAAT məmurları fəalları Tehranın Evin həbsxanasında saxlanılan və aclq aksiyası keçirən fəalara dəstək verdiklərinə görə təhdid ediblər. Həmin 3 fəal ETTELAAT-ın …

Ətraflı oxu »

Ermənilər Kəlbəcəri atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri …

Ətraflı oxu »

“Fronline Defenders” molla rejimin həbs etdiyi azərbaycanlı vəkil ilə bağlı bəyanat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 20-də “Frontline Defenders” İnsan Haqları Təşkilatı bəyanat yayaraq, Tehranın Evin zindanında həbsdə saxlanılan Güney Azərbaycan Milli Hərəkatının fəalı və vəkil Tahir Nəqəvi ilə bağlı bəyanat yayıb. Həmin insan haqları təşkilatı azərbaycanlı vəkilin qeyd-şərtsiz azadlığa buraxılmasını və onun tibbi ehtiyaclarının ödənilməsini və fəala …

Ətraflı oxu »

Sayın Mikayil Oyta Viktoriya Assambleyasının sədri Maree Edvards-a Azərbaycanla parlament dostluq qrupunun ləğvi ilə bağlı məktub ünvanlayıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) prezidenti sayın Mikayıl bəy Oyta Viktoriya Qanunvericilik Assambleyasının sədri Maree Edvards-a qərəzli şəkildə Azərbaycanla parlament dostluq qrupunun ləğvinə etiraz olaraq ona məktubla müraciət edib. Sayın Mikayil bəy Azərbaycanla parlament …

Ətraflı oxu »

İran uranın zənginləşdirilməsini qat-qat artırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran hökuməti ölkənin ən məxfi nüvə obyektlərindən biri olan Fordoda uranın zənginləşdirilməsi imkanlarını üç, hətta dörd dəfə artırmağı planlaşdırır. Bu barədə Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu və “Vaşington Post” qəzeti məlumat yayıb. Qəzet hərbi ekspertlərin məxfi sənədlərinə və təhlillərinə əsaslanaraq, Fordoda baş verən …

Ətraflı oxu »

Azərbaycandan Borrellin ermənilərlə bağlı qərəzli bəyanatına cavab

GADTB: Xarici İşlər Nazirliyi Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrelin Avropa Parlamentinin üzvlərinin “erməni məhbusları” ilə bağlı suallara verdiyi cavaba münasibətində deyib ki, əfsuslar olsun ki, bu cavab Aİ-nin ali nümayəndəsinin erməniləri razı salmaq, habelə heç bir mənəvi və faktiki əsası olmayan iddianı …

Ətraflı oxu »

Molla rejimi İbrahim Rəisinin ölüyü yeri ziyarətgaha çevirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi İbrahim Rəisinin ölüyü yeri ziyarətgaha çevirir. Molla rejimi mayın 19-da Qaradağın Dizmar meşəsində İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğradığı və onun həlak olduğu yerdə ziyarətgah inşa tikir. Yerli sosial media fəalları bunu ideoloji təbliğat üçün hakimiyyətin İbrahim Rəisini imamzada kimi …

Ətraflı oxu »