Aylıq Arxivlər: İyun 2024

Azərbaycanda Parlament seçkilərinin vaxtı məlum oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanda növbədənkənar parlament seçkilərinin vaxtı məlum olub. Bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarını …

Ətraflı oxu »

Qırğızıstanla imzalanmış sənədlər ratifikasiya edildi

GADTB: Azərbaycan Milli Məclisi türk ölkələri- Azərbaycanla Qırğızıstan arasında imzalanmış daha iki sənədi ratifikasiya edib. Parlamentin bugünkü iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Daha sonra “Azərbaycan Respublikası ilə …

Ətraflı oxu »

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “Sabah İranda nələr olacaq?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan İstiqlalçılar Birliyi başqanı sayın Əjdər bəy Tağızadə “Prime TV”-də “Sabah İranda nələr olacaq?” mövzusunda çıxış edib. Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında həmçinin İranın seçki oyunu və rejimin özünə legitimlik qazanmağa çalışması, namizədlərin yalnız …

Ətraflı oxu »

ABŞ nüvə proqramı ilə bağlı İrana qarşı yeni sanksiyalar tətbiq edib

GADTB: ABŞ İran neftinin daşınmasına görə 3 şirkət və 11 gəmiyə qarşı sanksiya tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat dərc edilib. Məlumata görə, ABŞ bu gün İran neftinin və ya neft-kimya məhsullarının daşınmasında iştirak edən Birləşmiş Ərəb Əmirliklərinin üç gəmi şirkətinə, eləcə də onlarla əlaqəli 11 gəmiyə …

Ətraflı oxu »

Azərbaycanlı fəallardan həbsdə sağlıq durumu pisləşən azərbaycanlı fəala dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı fəal həbsdə sağlıq durumu pisləşən azərbaycanlı fəala dəstək nümayiş etdiriblər. Onlar Təbrizdə müxtəlif yerlərə milli fəal və idmançı Kərim İsmailzadənin şəkli və “Azadlıq, Ədalət, Milli hökumət” şüarı yazılmış vərəqələr yapışdırıblar. Qeyd edək ki, Urmu-Araz üçün birlik kampaniyasına görə “insanları kiberməkanda …

Ətraflı oxu »

Fərzanə Qarahəsənli əməliyyatdan sonra ağır vəziyyətdə yenidən zindana aparılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın K\ərəc sakini olan siyasi məhbus Fərzanə Qarahəsənli çənə və dişlərində cərrahiyyə əməliyyatından sonra müalicədən məhrum edilərək, ağır vəziyyətdə yenidən zindana aparılıb. Həkim ciddi müalicə göstərişi versə də, Fərzanə Qarahəsənli aşağı qan təzyiqinə və hərəkət edə bilməməsinə baxmayaraq, təhlükəsizlik qüvvələri onu həbsxanaya …

Ətraflı oxu »

Sayın Mikayil bəy Oytanın İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınması zərurəti barədə Penni Vonqa məktubu-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta Avstraliya xarici işlər naziri Penni Vonqa məktubunda Kanadanın son günlər İranın İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanınmasına toxunaraq, SEPAH-ı terror təşkilatı kimi tnımağa …

Ətraflı oxu »

Molla rejimi azərbaycanlı fəalı zindana qaytardı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli və ətraf mühit fəalı məzuniyyət müddətinin bitməsi ilə bağlı yenidən zindana qaytarılıb. İsmayıl Əhmədi 16 iyun tarixində girov qarşılığında 10 gün müddətinə məzuniyyətə buraxılmışdı. Qeyd edək ki, İsmayıl Əhmədi 19 apreldə 9 aylıq həbs cəzasını çəkmək üçün Əhər həbsxanasına köçürülmüşdü. Azərbacanlı …

Ətraflı oxu »

Molla rejimi azərbaycanlı milli fəalı həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqüçi fars-molla rejiminin Şəbüstərdə yerləşən İnqilab Məhkəməsi Güney Azərbaycan Milli Hərəkatının fəalı Murtaza Nurməhəmmədi Nadarlıya 3 ay 1 gün həbs cəzası verib. Molla rejimi azərbaycanlı milli fəalı “dövlət quruluşu əleyhinə təbliğat aparmaq”da ittiham edib. Bildirilib ki, məhkəmədə Murtaza Nurməhəmmədiyə qarşı irəli sürülən “müxalif …

Ətraflı oxu »

Sayın Əjdər bəy Tağızadə molla rejiminin öz legitimliyi üçün keçirdiyi seçki oyununu boykot etdi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə çıxışında molla rejimin öz legitimliyi üçün keçirdiyi seçki oyunu barədə boykot zəruriliyi haqqında çıxış edib. Sayın Əjdər bəy molla rejimi və onun seçki oyununu dəstəkləyənlərin mahiyyətini ifşa edərək əhalini rejimin seçki oyununu …

Ətraflı oxu »