Molla rejimi Təbrizdə həbs etdiyi azərbaycanlı milli fəallara təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə həbsdə saxladığı azərbaycanlı milli fəallar Kərim İsmayılzadə, Milad Cəlili (Elşən) və Salar Tahir Əfşara təzyiq göstərir.

Molla rejimin ETTELAAT məmurları fəalları Tehranın Evin həbsxanasında saxlanılan və aclq aksiyası keçirən fəalara dəstək verdiklərinə görə təhdid ediblər.

Həmin 3 fəal ETTELAAT-ın təcridxanasına köçürüləcəkləri və barələrində yeni cinayət işi açılacağı ilə hədələniblər.

Qeyd edək ki, 4 aydan çoxdur Evin həbsxanasında saxlanılan 4 mili məhbus, qeyri-müəyyən şərayitdə saxlanılmalarına, Təhlükəsizlik Nazirliyinin əməkdaşları və məhkəmənin qanunsuz əməllərinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirirlər.

Onlara dəstək məqsədilə Təbriz həbsxanasında saxlanılan Kərim İsmayılzadə və Salar tahir Əfşar da aclıq aksiyasına əl atıblar.

Həmçinin yoxlayın

Molla rejimi tarixi Azərbaycan ərazisi Mərkəzi əyalətdə daha 75 nəfərin əmlakını  müsadirə edib

GADTB: Molla rejimi müxaliflərin əmlaklarını müsadirə etməsi və dondurması ilə bağlı tədbirlərin davam etdiyi bir …

Urmiya gölünün səviyyəsinin ötən illə müqayisədə artdığı iddia edilir

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin baş direktoru və Urmiya Gölünün Bərpası Qərargahının üzvü Yusif …