Molla rejimi azərbaycanlı milli fəalı həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqüçi fars-molla rejiminin Şəbüstərdə yerləşən İnqilab Məhkəməsi Güney Azərbaycan Milli Hərəkatının fəalı Murtaza Nurməhəmmədi Nadarlıya 3 ay 1 gün həbs cəzası verib.

Molla rejimi azərbaycanlı milli fəalı “dövlət quruluşu əleyhinə təbliğat aparmaq”da ittiham edib.

Bildirilib ki, məhkəmədə Murtaza Nurməhəmmədiyə qarşı irəli sürülən “müxalif qruplara üzv olmaq” və “rəhbəri (Xameneyini) təhqir etmək” ittihamları ilə əlaqəli sənədlər yetərsiz hesab olunub və o, iki ittiham üzrə bəraət qazanıb.

Qeyd edək ki, Murtaza Nurməhəmmədi 2023-cü il sentyabrın 9-da övladına doğum haqqında şəhadətnamə almaq üçün Sufian şəhərinin Qeydiyyat İdarəsinə çağırıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

Nurməhəmmədi Nadarlı 80 gün Təbrizin ETTELAAT İdarəsinin təkadamlıq kamerasında saxlanıldıqdan sonra 2023-cü il noyabrın 29-da girov qarşılığında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Molla rejimi tarixi Azərbaycan ərazisi Mərkəzi əyalətdə daha 75 nəfərin əmlakını  müsadirə edib

GADTB: Molla rejimi müxaliflərin əmlaklarını müsadirə etməsi və dondurması ilə bağlı tədbirlərin davam etdiyi bir …

Urmiya gölünün səviyyəsinin ötən illə müqayisədə artdığı iddia edilir

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin baş direktoru və Urmiya Gölünün Bərpası Qərargahının üzvü Yusif …