Çərşənbə axşamı , Oktyabr 15 2024
azfa

Gündəlik Arxivlər: Oktyabr 14, 2024

Molla rejimindən daha bir irqçi addım; İran Aviasiya Təşkilatı türkcədən istifadəni qadağan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi daha bir irqçi addımla türk dilindən aeroportlarda sərnişinlərə xoş gəldin deməkdə istifadə etməyi qadağan edib. İran Hava Yolları Şirkətinin sözçüsü Cəfər Yazerlu bu barədə  açıqlama verərək deyib ki, bundan sonra hər hansı anlaşılmamazlığın qarşısını almaq üçün İran Hava Yolları Şirkətlərinə …

Ətraflı oxu »

Avropa İttifaqı İrana Rusiyaya raket tədarükünə görə sanksiyalar tətbiq edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa İttifaqı Şurası bəyanat yayaraq İrana sanksiya tətbiq etdiyini bildirib. Aİ xarici işlər nazirləri bu gün İrana Rusiyaya Ukraynada istifadə üçün ballistik raketlər tədarükünə görə sanksiyalar tətbiq ediblər. İranın “Rusiyaya raket tədarükünə” cavab olaraq 7 fiziki şəxs və 7 qurum sanksiya tətbiq edilib. …

Ətraflı oxu »

Molla rejimi azərbaycanlı işçi hərəkatı fəalına qarşı çıxardığı edam hökmünü ləğv etməyə məcbur olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı xanım və işçi hərəkatı fəalı Şərifə Məhəmmədiyə qarşı çıxardığı edam hökmünü ləğv etməyə məcbur olub. İranın Ali Məhkəməsi Rəşt şəhərinin Lakan həbsxanasında həbsdə saxlanılan azərbaycanlı işçi hərəkatı fəalı Şərifə Məhəmmədi barəsində çıxarılan edam hökmünün ləğvi barədə qərar verib. Azərbaycanlı …

Ətraflı oxu »

“Dail” qısametrajlı filmi Milanda keçirilən Sognielettrici festivalında ən yaxşı qısametrajlı film mükafatını qazanıb

GADTB: Güney Azərbaycandan “Dil” qısametrajlı filmi İtaliyanın Milan şəhərində keçirilən Sognielettrici / Electricdreams Beynəlxalq Festivalının əsas bölməsində ən yaxşı qısametrajlı film mükafatını qazandı. Həmin əsər kino dilindən ağıllı şəkildə istifadə edilməsinə, sosial və mədəni məsələlərin həllinə diqqət yetirdiyinə görə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Münsiflər heyəti bu mükafata layiq görülmə …

Ətraflı oxu »

Rusiyanın İrana S-400 və Su-35 verəcəyi bildirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya S-400 sistemi və Su-35 qırıcılarını İrana çatdırmaq üzrə öhdəliklərini yerinə yetirməyə hazırdır. Bu iddia ilə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Bəxşayiş Ərdastani çıxış edib. Onun sözlərinə görə, bu İranın İsrailə raket hücumundan sonra qətiləşib.

Ətraflı oxu »

Suriyanın İsrailə hücum üçün İrana icazə verməyəcəyi bildirilir

Suriya İnsan Haqları Müşahidə Qrupu xəbər verib ki, Suriya prezidenti Bəşar Əsədin qardaşı Mahir Əsədin komandanlığı altında olan 4-cü diviziya İrana bağlı terrorçu qruplarından olan Hizbullahdan uzaqlaşır. Bu barədə “Əl-Ərəbiyyə” kanalı xəbər verir. Məlumata görə, Mahir Əsədin komandanlığı altındakı diviziya ölkə ərazisindən istifadə edilərək İsrailin hədəfə alınmasının qarşısını almaq üçün …

Ətraflı oxu »

ABŞ İsrailə şəxsi heyətlə birlikdə “THAAD” sisteminin batareyasını göndərəcək

GADTB: ABŞ Prezidenti Co Bayden şəxsi heyətlə birlikdə “THAAD” sisteminin batareyasını İsrailə göndərilməsini əmr edib. Bu barədə Pentaqon məlumat yayıb. Ağ Ev bu qərarı İranın 13 aprel və 1 oktyabrda İsrailə qarşı misli görünməmiş hücumlarından sonra verib. “THAAD batareyası İsrailin inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemini gücləndirəcək”, – qurum bildirib.

Ətraflı oxu »