Çərşənbə , İyun 10 2026
azfa

“Türk Dünyası Ensiklopediyası” hazırlanıb

GADTB: “Türk Dünyası Ensiklopediyası” tədqiqatçıların və oxucuların istifadəsinə verilib.

Türkiyə Cümhuriyyəti Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu Atatürk Araşdırma Mərkəzi Başkanlığı tərəfindən XXI əsrdə türk tarixi, tarixi şəxsiyyətləri haqqında ortaq yaddaşın yaradılması, gələcək nəsillərə ötürülməsi və mədəni əlaqələrin gücləndirilməsi məqsədi ilə hazırlanan “Türk Dünyası Ensiklopediyası” tədqiqatçıların və oxucuların istifadəsinə verilib.

Ensiklopediya “Türk dövlətləri, dövlət adamları”, “Tarix və mədəniyyət”, “Türk toplumları”, “Dil və ədəbiyyat”, “Coğrafiya və məkan”, “Elm və incəsənət”, “Türk dünyasının öncül qadınları” və “Aydınlar və mütəfəkkirlər” adlı doqquz başlıqdan ibarətdir.

Ensiklopediyada dərc olunan 143 maddanin 21-i Azərbaycan türkcəsində yazılmışdır. Qırğız, qazax və özbək dillərində məqalələrin də yer alması planlaşdırılan ensiklopediya Qərb dillərinə də tərcümə olunacaq.

Tarixdən ədəbiyyata, qabaqcıl türk qadınlarından tutmuş mədəni dəyərlərə qədər geniş məlumatlar təqdim edən ensiklopediya ortaq mirasın və mədəni dəyərlərin gələcək nəsillərə ötürülməsində əhəmiyyətli bir yaddaş olacaq.

Türk tarixini, mədəni dəyərlərini və mühüm şəxsiyyətlərini bir araya gətirən və 9 kateqoriyadan ibarət əsərdə 99 müəllifin əsəri yer alır.

Rəqəmsal mediada istifadəyə verilən əsər 10 gün ərzində 6280 insanı cəlb edib.

Həmçinin yoxlayın

Urmiyada mərhum ustad İsa Nəzərinin vəfatının qırxı mərasimi keçirilib- Video

GADTB: Tanınmış jurnalist və Azərbaycan milli fəallarından biri olan mərhum İsa Nəzərinin vəfatının qırxıncı günü …

ABŞ İran daxilində 20 hədəfə zərbə endirdiyini açıqladı

GADTB: ABŞ-ın yüksək vəzifəli rəsmilərindən biri Fox News telekanalına bildirib ki, çərşənbə axşamı gecəsi həyata …