Aylıq Arxivlər: İyul 2025

Molla rejimi azərbaycanlı körpəyə Çağrı Manas adına görə 6 ildir doğum haqqında şəhadətnamə vermir

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı körpəyə Çağrı Manas adına görə  6 ildir doğum haqqında şəhadətnamə vermir. Molla rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin rəsmiləri Makıdan olan Çağarı Manas adlı uşağa doğum haqqında şəhadətnamə verməkdən imtina edir. Azərbaycanlı uşaq 6 ildir doğum haqqında şəhadətnamədən məhrumdur. Azərbaycanlı uşağın atası Sadiq Feyzullahzadə Balamın Adı …

Ətraflı oxu »

Yəmən İranın husilər üçün göndərdiyi çox sayda silahı ələ keçirib-Video

GADTB: İranın Husilərə göndərdiyi külli miqdarda silah ələ keçib. Amerika Mərkəzi Komandanlığı (CENTCOM) ilə əməkdaşlıq edən Yəmən qüvvələrinin husilərə göndərilən İran silahlarının böyük bir partiyasını ələ keçirməyə müvəffəq olduğunu açıqlayıb. Bununla bağlı yayılan bəyanatda deyilir: “Yəmən Milli Müqavimət Qüvvələrini İran silahlarını ələ keçirməsi münasibətilə təbrik edirik.” Bəyanatda Yəmən qüvvələrinin yüzlərlə …

Ətraflı oxu »

İki türk ölkəsi Azərbaycan və Qazaxıstanın Xüsusi Təyinatlı Qüvvələrinin görüş keçirilib

GADTB: Azərbaycan və Qazaxıstan müdafiə nazirliklərinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndə heyəti arasında döyüş təcrübəsi mübadiləsi məqsədilə görüş keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə şərti düşmənlə əməliyyatlara cəlb olunmuş bölmələrin silah-sursatı, təchizatı, təşkilatlanması, bölmələrin tətbiq qaydaları və onların təkmilləşdirilməsi məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində …

Ətraflı oxu »

Hakan Fidandan YPG-yə xəbərdarlıq etdi

GADTB: İsrailin Suriyaya hücumlarından sonra Türiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə telefonla danışıb. Hakan Fidan İsrailin hücumlarının narahatlıq doğurduğunu bildirib. Nazir Fidan PKK/YPG terror təşkilatına da diqqət çəkərək: “YPG-nin müəyyən fəaliyyətlə məşğul olduğu ilə bağlı xəbərlər də alırıq. Onlara mesajımız odur ki, açıq deyim: …

Ətraflı oxu »

İsrailin bombardumanı ilə Türkiyə hərbi bazaları Suriyada hazır vəziyyətə gətirildi- Video

GADTB: İsrailin Dəməşqdə Suriyanın əsas hərbi binaları bombardumanı ilə Türkiyə hərbi bazaları Suriyada hazır vəziyyətə gətirildi. Türkiyənin Suriya prezidenti Əhməd əl-Şaraya prezident aparatını tərk etməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, onun binanı tərk etmədiyi söylənilir. Artıq Dəməşqdə mühüm hərbi binalar bombalanıb. Eyni zamanda Benyamin Netanyahu İsraildəki druzlara müraciət edib. Netanyahu Suveydada …

Ətraflı oxu »

Yunis Mərami Təbrizdə həbs edilib

GADTB: Yunis Məraminin Təbrizdə ETTELAAT Nazirliyinə bağlı qüvvələr tərəfindən həbs edilməsindən təxminən bir həftə keçir və onun vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur. Məlumatlı mənbələr Məraminin açıq məhkəmə qərarı verilmədən və işi məhkəmə orqanlarına göndərmədən qeyri-müəyyən şəraitdə saxlandığını açıqlayıb. Onun həbs yeri, ittihamları və məhkəmə prosesi ilə bağlı məlumatlar …

Ətraflı oxu »

Molla rejimin Azərbaycanın qərbində cinayətkar bandası Naci Şərifi Zindəşti Avropa Şurası tərəfindən sanksiyaya məruz qalıb

GADTB: İrqçi fars-molla rejimin Güney Azərbaycanın qərb bölgəsində yetişdirdiyi cinayətkar və terror bandasının başçısı Naci Şərifi Zindəşti Avropa Şurası tərəfindən sanksiyaya məruz qalıb. Avropa Şurası iyulun 15-də kürd terror qruplaşmalarına bağlı Naci Şərifi Zindəşti də daxil olmaqla səkkiz şəxsə və İranda bir quruma “insan hüquqlarının pozulması” və “sərhəddən kənar repressiya” …

Ətraflı oxu »

Molla rejimi öyrəncini sosial media paylaşımına görə həbs edib

GADTB: İrqçi fars-molla rejimi Təbriz Tibb Universitetinin Əczaçılıq fakültəsinin öyrəncisi və İslam Tələbə Birliyinin üzvü Əli Pərvini sosial şəbəkədə yayımladığı tənqidi paylaşımlara görə həbs edib. Azərbaycanlı öyrəncinin müharibə dövründə “Instagram” hesabındakı paylaşımlarında hökumətin siyasətini tənqid etdiyi bildirilir Molla rejimi Əli Pərvinə qarşı “sosial şəbəkələrdə yalan məlumat paylaşmaq” ittihamı ilə cinayət …

Ətraflı oxu »

Qərbi Azərbaycan valisi: Urmiya gölünün bərpası üçün son 10 ildə heç bir təsirli iş görülməyib

GADTB: Qərbi Azərbaycan əyalətinin valisi Rza Rəhmani konfransda Urmiya gölünün Bərpa Komitəsinin fəaliyyətinin tənqidinə cavab olaraq maarifləndirmənin zəruriliyinə toxunub və deyib: “Keçmişdə gölə birbaşa cavabdeh olan bəzi insanlar bu gün sadəcə tənqidçiyə çevriliblər. Halbuki, onlar əvvəlcə keçmiş fəaliyyətlərinə görə cavab verməlidirlər”. Rəhmani Bərpa Komitəsinin qərarlarına istinad edərək deyib: “Ümumi 27 …

Ətraflı oxu »

“Traxtur” klubu özbək futboolçunu qəbul edir

GADTB Güney Azərbaycanın “Traxtur” Klubu Özbəkistan millisinin yarımmüdafiəçisi Odil Həmrabekovu komandaya cəlb etmək istəyir. Özbəkistan millisində 65 beynəlxalq oyun keçirən 28 yaşlı futbolçu “Traxtur”un yarımmüdafiəsini gücləndirmək üçün əsas variantlardan biri kimi nəzərdə tutulub. Razılaşma baş tutsa bu, cari mövsümdə “Traxtur”a cəlb olunacaq beşinci xarici oyunçu olacaq. Həmrabekov bundan əvvəl Tehranın …

Ətraflı oxu »