Cümə axşamı , Noyabr 19 2026
azfa

Molla rejimi ABŞ-la danışıqlardan vaxt qazanmaq üçün istifadə etməyə çalışır

GADTB: İsrail ordusunun Baş Qərargahının danışıqlar qrupunun keçmiş komandiri Doron Hadar İsrailin “Ynet” saytında dərc olunan analitik məqaləsində yazıb ki, İslam Respublikası ABŞ-la danışıqları yalnız razılaşma əldə etmək vasitəsi kimi deyil, həm də vaxt qazanmaq, Vaşinqtonun hərbi qərarlarını təxirə salmaq və ABŞ daxilində siyasi təzyiqi artırmaq üçün bir vasitə kimi nəzərdən keçirə bilər.

Hadar ABŞ-da keçirilən aralıq seçkilərdən sonra diplomatik səylərin yenidən başlanmasına və Qətərin vasitəçilik roluna toxunaraq, əsas fikir ayrılıqlarının hələ də aradan qalxmadığını bildirib. Onun sözlərinə görə, Vaşinqton nüvə məsələsində irəliləyiş və Hörmüz boğazının açılmasını tələb edir. Tehran isə danışıqların davam etdirilməsini sanksiyaların ləğvi, dondurulmuş aktivlərin azad edilməsi və digər tələblərinin yerinə yetirilməsi ilə şərtləndirir. Hədar hesab edir ki, bu fikir ayrılıqları razılaşma yolunda maneə olmaqla yanaşı, danışıqların uzadılması üçün də vasitəyə çevrilə bilər.

İsrail ordusunun keçmiş rəsmisi məqsədi razılaşma əldə etmək olan danışıqlarla tərəflərdən biri üçün danışıqlar prosesinin özünün fayda verdiyi danışıqlar arasında fərq qoyub. O vurğulayıb ki, İslam Respublikası eyni zamanda həm razılaşma əldə etmək, həm də danışıqların uzanmasından faydalanmaq istəyə bilər.

Hadarın yazdığına görə, əsas sual Tehran və Vaşinqtonun əslində eyni məqsədlə danışıqlar aparıb-aparmadığı, yoxsa hər iki tərəfin uğuru fərqli meyarlarla qiymətləndirib-qiymətləndirmədiyidir.

Həmçinin yoxlayın

May Sato: Müharibə dey ayı etirazları zamanı baş verənlərin unudulmasına səbəb olmamalıdır

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi May Sato Fransa parlamentində çıxışı zamanı bildirib: …

Netanyahu: İslam Respublikasının nüvə təhdidi İsrail sərhədlərində dayanmayacaq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …