GADTB: İrqçi fars-molla rejimin Təbrizdəki Vətəndaşlıq Qeydiyyatı Şöbəsinin əməkdaşları “Tanrıya” adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir Azərbaycanlı körpənin atasıı Hadi Əlipur Balamın Adı kampaniyasına bu barədə deyib: “Oğlumuz 2025-cü il iyunun 8-də dünyaya gəlib və biz onun üçün “Tanrıya” adını seçmişik. Adın mənası “Allah doğru” və ya “Allah üçün” …
Ətraflı oxu »Gündəlik Arxivlər: Avqust 19, 2025
Təbrizdə divarlara milli şüarlar yazıldı
GADTB: Təbrizdə bir qrup azərbaycanlı milli fəal divaralara milli şüarlar yazıblar. Azərbaycanlı fəallar bu yolla həmçinin azərbaycanlı siyasi məhbuslara azadlıq tələb ediblər. Molla rejimin qüvvələrinin güclü nəzarətinə baxmayaraq divarlara aşağıdakı şüarlar yazılıb: “Azadlıq, Ədalət, Milli Hökumət! Siyasi məhbuslar azad edilsin! Ya azadlıq, ya ölüm!”
Ətraflı oxu »İsa Kələntəri: “Urmiya gölü qurumadı, bəlkə quruduldu”
GADTB: İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının keçmiş rəhbəri İsa Kəlantəri Urmiya gölünün qurumasının sadəcə təbiət hadisəsi və qlim dəyişiliyinin nəticəsi olmadığını bildirib: “Urmiya gölü qurumadı, quruduldu”. O, Urmiya gölünün mövcud vəziyyətini fəlakətli adlandıraraq, gölün təbii yolla deyil, dövlət siyasətinin nəticəsi olaraq qurudulduğunu bildirib. Kəlantəriyə görə, hazırda göldə cəmi 100 milyon …
Ətraflı oxu »İran Ermənistana Nurduzdan ikinci körpünün tikintisini razılaşdırıb
GADTB: İran və Ermənistan yol sektorunda əməkdaşlığı genişləndirmək üçün yeni razılığa gəlib. İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin sözlərinə görə, tərəflər ikinci Nurduz körpüsünün inşası, mövcud körpünün təkmilləşdirilməsi, terminalların idarə olunması və yük maşınları üçün ödənişlərin tənzimlənməsi barədə ilkin razılıq əldə ediblər. Sadiqi bildirib ki, Fars körfəzi ilə Qara …
Ətraflı oxu »İran deputatı Azərbaycana və onun prezidentinə qarşı qərəzli fikirlər səsləndirib
GADTB: İran Parlamentində Tehran şəhərini təmsil edən millət vəkili və “İslam İnqilabı Stabillik və Müttəfiqlər Cəbhəsi”nin daim anti-Azərbaycan mövqe sərgiləyən radikal üzvü Kamran Qəzənfəri yenidən Azərbaycanı “Bakı rejimi” adlandırıb. O, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan-Ermənistan-ABŞ razılaşmasını İran prezidentinin yaşıl işıq yandırması ilə baş tutduğunu və bunun İranın mənafeyinə zidd olduğunu …
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi