
GADTB: İrqçi fars-molla rejimin Təbrizdəki Vətəndaşlıq Qeydiyyatı Şöbəsinin əməkdaşları “Tanrıya” adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir
Azərbaycanlı körpənin atasıı Hadi Əlipur Balamın Adı kampaniyasına bu barədə deyib: “Oğlumuz 2025-cü il iyunun 8-də dünyaya gəlib və biz onun üçün “Tanrıya” adını seçmişik. Adın mənası “Allah doğru” və ya “Allah üçün” deməkdir. Vətəndaş Vəziyyətinin Qeydiyyat İdarəsinin rəsmiləri bizə bu adın türk adı olduğunu və sistemdə olmadığı üçün ona sənəd verilə bilməyəcəyini bildirdilər. Onlar bu ada doğum haqqında şəhadətnamənin yalnız məhkəmə qərarı ilə verilə biləcəyini dedilər. Biz məsələ ilə bağlı məhkəməyə müraciət etsək də onlar bizim əlehimizə qərar verdilər. Biz məhkəmənin qərarı ilə razılaşmayıb apelyasiyaya müraciət etdik və indi hakimin qərarını gözləyirik. Artıq 71 gündür ki, körpəmizin doğum haqqında şəhadətnaməsi yoxdur və biz bir çox problemlərlə üzləşmişik.”
Qeyd edək ki, ekspertlər hesab edirlər ki, bu ayrı-seçkiliyə son qoymağın yolu “Vətəndaşlıq qeydiyyatı haqqında” qanunun 20-ci maddəsinə dəyişiklik etməklə “valideynlərin adını seçmək hüququ”nun təmin edilməsindən keçir.
İrqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi