Aylıq Arxivlər: Sentyabr 2025

Urmiya gölünün qurudulmasının bütün bölgə üçün ekoloji fəlakət olmasına etiraf

GADTB: İran Su Sənayesi Federasiyasının baş katibi Əli Şəriəti Urmuiya gölünün qurumasının İran və regionda ən böyük ekoloji böhranlardan biri olduğuna etiraf edib. Şəriəti deyib: “Bu böhran ətraf mühit, ictimai sağlamlıq, iqtisadiyyat, cəmiyyət və hətta milli təhlükəsizlik sahələrində geniş fəsadlara səbəb olacaq”. Onun sözlərinə görə, bundan sonra Qərbi və Şərqi …

Ətraflı oxu »

TOGG Almaniyada yeni modelini təqdim etdi

GADTB: Türkiyənin elektrikli avtomobil istehsalçısı TOGG yeni sedan modelini Almaniyada tanıdaraq Avropa bazarında satışlara başlamağa hazırlaşdığını açıqlayıb. Şirkət qitənin ən böyük və rəqabətli avtomobil bazarına daxil olmaqla yeni gəlir imkanları axtarır. Sentyabrın 8-də (bu gün) “T10X elektrikli SUV” modelinin Avropa təqdimatını keçirən TOGG şirkəti “T10F” adlı beşqapılı elektrikli sedan modelini …

Ətraflı oxu »

İran Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliklə nüvə obyektlərinə baxış barədə razılığa gəldi

Nüvə Enerjisi üzrə Beynəlxalq Agentlik və İran nüvə obyektlərində təftiş fəaliyyətini bərpa etmək barədə razılığa gəliblər. Bu barədə agentliyin baş direktoru Rafael Qrossi X sosial şəbəkəsində məlumat verib. “Bu gün Qahirədə İranın xarici işlər naziri Arakçı ilə İranda yoxlama fəaliyyətinin bərpasının praktiki üsulları barədə razılığa gəldik. Bu, düzgün istiqamətdə atılmış …

Ətraflı oxu »

Xameneyi Pezeşkiana nüvə danışıqlarında vasitəçilik üçün göstəriş verib

GADTB: Əli Xameneyi Qərblə nüvə danışıqlarının bərpası məqsədi ilə prezident Məsud Pezeşkiana xüsusi tapşırıq verib. Bununla bağlı “Iran International” məlumatlı mənbələrə istinadla xəbər yayıb. Məlumata əsasən, Xameneyi Pezeşkiana Qətər əmirindən vasitəçi kimi çıxış etməsini istəməyi tapşırıb. Məqsəd, İranla Qərb ölkələri arasında gərginliyin azaldılması və xüsusilə “snapback” (tətik) mexanizmi əsasında beynəlxalq …

Ətraflı oxu »

Zəngəzur dəhlizi barədə yeni təfərrüatlar açıqlandı- Video

GADTB: Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında açılacaq yol dəhliz statusunda olacaq. Bu barədə “Sputnik Ermənistan” yazıb. Mənbə bildirib ki, Ermənistan rəsmiləri “dəhliz” terminologiyasını kəskin şəkildə inkar edir, heç bir ekstraterritorial rejimin nəzərdə tutulmadığını iddia edirlər. Məqalədə diqqətçəkən məqamlar bunlardır: ABŞ ilə Ermənistan arasında əldə edilmiş ikitərəfli memorandumların …

Ətraflı oxu »

Türkiyə Azərbaycan və Mərkəzi Asiya ilə əlaqələrini daha da möhkəmləndirəcək

GADTB: Bakı-Tbilisi-Qars dəmir yolunun yük daşıma potensialı 2034-cü ilə qədər 17 milyon tona qaldırılacaq. Bunu Türkiyə Xarici İşlər Nazirliyinin Strateji araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmaç Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü toplantısının “Avrasiya konnektivliyinin gücləndirilməsi” sessiyasında deyib. Orta Dəhliz barədə danışan XİN rəsmisi …

Ətraflı oxu »

Azərbaycanlı körpə Əlihan doğum haqqında şəhadətnamə verilmədiyi üçün tibbi sığortadan məhrumdur

GADTB: Yeni doğulmuş azərbaycanlı körpə molla rejimi  Əlihan adına görə doğum haqqında şəhadətnamə vermir. Ona görə 7 gündür ki, reanimasiyada olan körpə görə tibbi sığortadan yararlana bilmir. Azərbaycanlı körpənin atası Yasin Həbibpuran Balamın Adı kampaniyasına bu barədə deyib: “Oğlumuz 2025-ci il sentyabrın 2-də dünyaya gəlib və biz onun üçün Əlihan …

Ətraflı oxu »

Xaricdəki soydaşlarımız üçün Azərbaycan dili dərslərinə start verilir

GADTB: Artıq üçüncü ildir ki, xaricdə yaşayan soydaşlarımız üçün həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat davam edir. Bu barədə Azərbaycan Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirlib ki, layihənin məqsədi xaricdə yaşayan soydaşlarımızın ana dilini öyrənməsinə, milli mədəniyyətimizi, tariximizi və coğrafiyamızı tanımasına dəstək göstərməkdir. Layihə iştirakçıları yalnız …

Ətraflı oxu »

Azərbaycan: Məqsədimiz İran və İsrail arasında tərəf tutmaq deyil

GADTB: Azərbaycan Prezidentinin xüsusi məsələlər üzrə nümayəndəsi Elçin Əmirbəyov “I24 News” telekanalının fransız redaksiyasına müsahibəsində Bakının çoxşaxəli xarici siyasətinin qarşılıqlı hörmət, milli suverenlik və ölkələrin ümumi maraqları üzərində qurulduğunu bəyan edərək, Azərbaycanın tərəflərlə bağlı məsələlərdə İran və ya İsrailin tərəfində olmaq məqsədi güdmədiyini vurğulayıb. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra …

Ətraflı oxu »

Güney Azərbaycanın “Traxtur” komandası isveçli qapıçını transfer etdi

GADTB: Güney Azərbaycanın “Traxtur” komandası isveçli qapıçını transfer edib.  İsveçli qolkiper Marko Yohanson Güney Azərbaycanın “Traxtur” futbol komandasına qoşulur. Məlumata görə, isveçli qolkiper əlavə danışıqlar aparmaq və “Traxtur” futbol komandasının tibbi müayinələrində iştirak etmək üçün avqustun 7-də Təbrizə gəlib. 27 yaşlı qapıçı İsveçin “Malmö”, Almaniyanın “Hamburq”, “Hanza Rostok” və “Braunşveyq” …

Ətraflı oxu »