Gündəlik Arxivlər: Oktyabr 29, 2025

Sayın Mikayil bəy Oyta və sayın sara xanım Azərsun Türkiyənin Cumhuriyyət Bayramı tədbirində- Şəkil

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) prezidenti sayın Mikayıl bəy Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun Türkiyənin Cumhuriyyət Bayramı tədbirlərinə qatılıblar. Oktyabrın 29-da Türkiyənin Cumhuriyyət Bayramının 102-ci ildönümü münasibətilə Türkiyənin Avstraliyadakı …

Ətraflı oxu »

Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir

GADTB: Bu gün Türkiyə Respublikasının qurulmasının 102 illiyidir. 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib. İki il sonra – 1925-ci ildə 29 oktyabrın türk dövlətinin yaranması günü kimi qeyd olması barədə qanun qəbul olunub. Birinci Dünya müharibəsində Osmanlı İmperiyası məğlubiyyətə uğrayandan sonra ərazisi işğala məruz qaldı. …

Ətraflı oxu »

Təbrizdə Bağır xanın tarixi evi dağılma təhlükəsi ilə qarşılaşıb

GADTB: İran hakimiyyətinin səhlənkarlığı nəticəsində, Salari Milli kimi tanınan Bağır xanın tarixi evi zibilxanaya və narkomanların toplandığı yerə çevrilib və tamamilə dağılmaq üzrədir. Bağır xanın evi Qacar dövrünün yadigarıdır və Təbrizin “Balahamam” məhəlləsində yerləşir. Son üç ildə bu tarixi evin bəzi hissələri Təbriz Bələdiyyəsi tərəfindən satın alınmışdır, lakin Təbriz meri …

Ətraflı oxu »

Urmiyada 20-dən çox türk fəal həbs edilib, daha iki nəfərin kimliyi müəyyənləşib

GADTB: Azərbaycan milli hərəkatının fəalları Əta Kərimi və Əmir İbrahimlu 2025-ci il oktyabrın 28-i yaxınları ilə əlaqə saxlayaraq Urmiya Mərkəzi Həbsxanasının qəbul bölməsinə köçürüldüklərini bildiriblər. Fəallara yaxın mənbələr son hadisələr zamanı azı 20 nəfərin saxlanıldığını bildiriblər. Onların arasında Əta Kərimi və Əmir İbrahimlu ilə yanaşı, Urmiyalı bloqer Puyan Yəzdanı və …

Ətraflı oxu »

Evin zindanında 6 azərbaycanlı siyasi məhbus ağır hökmlərə və ayrı-seçkiliyə etiraz olaraq aclıq aksiyasına başlayıb

GADTB: Azərbaycanlı milli-mədəni fəallarından bir qrup Evin həbsxanasında qanunsuz məhkəmə proseslərinə, İran kəşfiyyat orqanlarının ayrı-seçkilik davranışlarına və məhkəmə qurumlarının məhbusların vəziyyətinə laqeyd münasibətinə etiraz olaraq 2025-ci il oktyabrın 28-i, çərşənbə axşamı tarixindən aclıq aksiyasına başlayıblar. Aksiyada iştirak edən məhbuslar bildiriblər ki, son iki il ərzində təhlükəsizlik orqanlarının saxta ittihamları və …

Ətraflı oxu »

Təbrizin Bağmeşə bölgəsində etiraz aksiyası keçirilib

GADTB: Oktyabrın 28-də Təbrizdə yerləşən Şərqi Azərbaycan əyalətinin Yol və Şəhərsalma Baş İdarəsinin qarşısında etiraz aksiyası keçirilib. Aksiyanı şəhərin Bağmeşə bölgəsində tikintisi nəzərdə tutulan yaşayış binalarında mənzil alan şəxslər keçiriblər. Baş İdarənin qarşısına toplaşan etirazçılar, 7 il əvvəl mənzil üçün ödəniş etmələrinə naxmayaraq, bu günə kimi heç bir binanın hazır …

Ətraflı oxu »

İran neft və qaz ehtiyatlarından istifadə imkanını itirir

GADTB: İran Milli Neft Şirkətinin rəsmisi Əmir Moqəyyese növbəti 30-40 ildə neft dövrünün sona çatacağı ilə bağlı xəbərdarlıq edərək, struktur islahatları aparılmadan və ictimai inam bərpa olunmadan ölkənin enerji ehtiyatlarının əksəriyyətinin yeraltında qalacağını vurğulayıb. Mərkəzi Bankın statistikasına görə, 2005-2010-cu illər arasında ölkədən 170 milyard dollardan çox vəsait çıxıb və təkcə …

Ətraflı oxu »

“Yaşamaq haqqı bizim yeganə istəyimizdir – təkcə Ehsan üçün yox, bütün insanlar üçün” – Ehsan Fəridinin anası- Video

GADTB: Ehsan Fəridinin anası yaydığı video müraciətində insanın yaşamaq haqqının təməl və mütləq bir hüquq olduğunu vurğulayıb. O bildirib ki, bu tələb yalnız onun oğlu ilə məhdudlaşmır, bütün insanların haqqıdır. O, müraciətində belə deyib: “Yaşamaq və həyat haqqı təkcə mənim əziz oğlum Ehsan üçün deyil, bütün həmvətənlərimiz üçündür. Biz insanlara …

Ətraflı oxu »

Ərakda qəzəb sədaları: “Havamızı geri verin!”- Video

GADTB  28 oktyabr 2025-də Ərak şəhəri yenidən etirazlara səhnə olub. Şəhər sakinləri Mərkəzi vilayətinin valiliyi qarşısında toplaşaraq Elektrik Stansiyasında mazut yandırılmasına qarşı çıxıblar. Onlar deyiblər ki, bu qərar hər il qışda havanı zəhərləyir və insanların nəfəsini daraldır. Etirazçılar “Təmiz hava bizim haqqımızdır” və “Mazutla ölümə yox!” kimi şüarlar yazılmış plakatlar …

Ətraflı oxu »