Aylıq Arxivlər: Oktyabr 2025

Molla rejimi “İnsaf News” saytında Azərbaycan türkcəsinə qarşı irqçi yanaşma

GADTB: İrqçi fars-molla rejimi “İnsaf News” saytı iki azərbaycanlı valinin görüşündə danışılan türk dilindən narazıdır.  “İnsaf Xəbər” islahatçı qanaddan olan sayt “Rəsmi toplantıda farscaya saymazlıq” başlıqlı xəbər dərc edərək Şərqi Azərbaycan valisi Bəhram Sərməstin Urmu gölünün bərpası ilə bağlı iclasda Azərbaycan türkcəsindəki çıxışını tənqid edib. Görüş Şərqi və Qərbi Azərbaycanın …

Ətraflı oxu »

10 aylıq hüquqi mübarizədən sonra Hunay adlı körpəyə doğum haqqında şəhadətnamə almaq mümkün olub

GADTB: Təbrizdə 10 aylıq hüquqi mübarizədən sonra Hunay adlı körpəyə doğum haqqında şəhadətnamə almaq mümkün olub. Əsğər Məhəmmədi ailəsi 10 aya yaxın davam edən məhkəmə çəkişməsindən sonra “Hunay ” adına öz övladlarına doğum haqqında şəhadətnamə ala bilib. Şikayət və məhkəmə orqanlarında araşdırma aparıldıqdan sonra məhkəmə qanuni prinsipləri və vətəndaşların mədəni …

Ətraflı oxu »

Təbrizin Motojen şirkətinin işçilərinin etirazı davam edir

GADTB: Təbrizin “Motojen” şirkətinin işçiləri iki gündür işə çıxmırlar. İşçi hərəkatı fəallarının məlumatına görə, onlar əmək haqlarının artırılmaması, mövcud maaşların vaxtında ödənilməməsi və sığorta problemlərinə etiraz edirlər. Etirazçılar, eyni zamanda, iş yerlərində təhlükəsizliyin təmin olunmamasını da əsas narazılıq səbəbləri sırasında göstəriblər. Azərbaycanlı işçilər bildiriblər ki, şirkət rəhbərliyi və Əmək Nazirliyi …

Ətraflı oxu »

Zəngəzur dəhlizi və İranın regional tranzit imkanlarını itirməsi

GADTB: Zəngəzur dəhlizi layihəsi ABŞ, Türkiyə və Azərbaycanın dəstəyi ilə sürətləndiyi bir vaxtda İran öz alternativ layihəsini həyata keçirməkdə susqunluq və ləngliyi ilə strateji Fars körfəzi-Qara dəniz marşrutunu canlandırmaq üçün qızıl fürsəti əldən verir. Bu marşrut İranı Asiya ilə Avropanı birləşdirən yola çevirə və ölkənin rəqabət aparan tranzit marşrutlarından asılılığını …

Ətraflı oxu »

Azərbaycanlı ailə 7 ay hüquqi mübarizədən sonra övladlarına Elana adına doğum haqqında şəhadətnamə ala bildilər

GADTB: Ərdəbildə azərbaycanlı ailə 7 ay hüquqi mübarizədən sonra övladlarına Elana adına doğum haqqında şəhadətnamə ala biliblər. Heydər Əsədi ailəsi 7 aylıq məhkəmə çəkişməsindən və bir çox çətinliklərə dözdükdən sonra Ərdəbildə rejimin Vətəndaşlıq Dairəsi İdarəsini məhkəməyə verib, övladına türkcə “Elana” adı ilə doğum haqqında şəhadətnamə almağa müvəffəq olublar. Azərbaycanlı körpənin …

Ətraflı oxu »

Türk dövlətləri birlikdə peyk istehsal edəcək

GADTB: Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər 2026-cı ildə birlikdə peyk istehsal edəcək. Təşkilatın Qəbələ Bəyannaməsində 2025-ci il iyulun 23-də İstanbulda keçirilən ilk iclasın nəticələrinin dəstəkləndiyi ifadə olunub. Bildirilib ki, TDT bayrağı altında, üzv dövlətlərin ortaq mütəxəssisliyi və texnoloji gücü sayəsində əldə olunan mühüm bir nailiyyət kimi 2026-cı ildə buraxılması …

Ətraflı oxu »

Urmiya gölünün qurudulması əhali didərgin salır

GADTB: İrqçi fars-molla rejimin Urmiya gölünü qurutması əhali didərgin salır. Artıq Urmiya gölünün quruması və su ehtiyatlarının tükənməsi səbəbindən ətrafdakı əkin sahələri məhv olub, fermerlərin güzəranı zəifləyib. İLNA xəbər agentliyi bu barədə yaızıb: “Yaranmış bu ekoloji vəziyyət bir çox fermerləri iş yerini dəyişməyə və köç etməyə məcbur edib”. Xəbər agentliyi …

Ətraflı oxu »

Təbrizlı fotoqrafın fotosərgisi ləğv edilib-Video

GADTB: Təbrizli fotoqraf Əmirhüseyn Hatif Təbriz Mədəniyyət Mərkəzinin rəsmilərinin əsərlərinin sərgilənməsinə son anda mane olmasına etiraz olaraq, öz fotoşəkillərini mədəniyyət müəssisəsinin qarşısındakı səkidə nümayiş etdirib. Əmirhüseyn Hatef bəyin sərgisi oktyabrın 5-dən 8-dək Mir Əli Təbriz qalereyasında keçirilməli idi, lakin Mədəniyyət Mərkəzi rəsmilərinin etirazı ilə son anda ləğv edildi. Mədəniyyət qurumu …

Ətraflı oxu »

İntizam Komitəsi Şuca Xəlilzadəni cərimələyib

GADTB: Güney Azərbaycanın Traxtur komandası ilə “Fulad Xuzistan” komandasının matçından sonra Traxtur komandasının kapitanı Şuca Xəlilzadə hakimin ünvanına sərt ifadələr işlətməklə böyük səs-küyə səbəb olub. O, oyundan sonra verdiyi müsahibədə hakim Bijən Heydəriyə hücum çəkib və idman müşahidəçiləri tərəfindən təhqiramiz hesab edilən ifadələr işlədib. Bu davranışdan sonra Futbol Federasiyasının nizam-intizam …

Ətraflı oxu »

Avstraliyada parlamentə SEPAH-ı terror təşkilatı kimi tanınmaq üçün qanun layihəsi təqdim edib

GADTB: Bu gün Avstraliyanın Baş prokuroru Mişel Rouland parlamentin Nümayəndələr Palatasına SEPAH-ın terror təşkilatı kimi tanınmasına icazə verən qanun layihəsini təqdim edib. Qanun layihəsi Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin SEPAH-ın ölkə ərazisində ən azı iki antisemit hücumda iştirak etdiyini göstərən sübutlara cavab olaraq hazırlanıb. Yeni qanun layihəsinə əsasən, hökumət xarici …

Ətraflı oxu »