Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Təbrizin Motojen şirkətinin işçilərinin etirazı davam edir

GADTB: Təbrizin “Motojen” şirkətinin işçiləri iki gündür işə çıxmırlar. İşçi hərəkatı fəallarının məlumatına görə, onlar əmək haqlarının artırılmaması, mövcud maaşların vaxtında ödənilməməsi və sığorta problemlərinə etiraz edirlər.

Etirazçılar, eyni zamanda, iş yerlərində təhlükəsizliyin təmin olunmamasını da əsas narazılıq səbəbləri sırasında göstəriblər.

Azərbaycanlı işçilər bildiriblər ki, şirkət rəhbərliyi və Əmək Nazirliyi onların qanunla nəzərdə tutulan hüquqlarını pozur.

Qeyd edək ki, Motojen şirkəti Şərqi Azərbaycan əyalətində elektrik mühərrikləri istehsal edən ən iri müəssisələrdən biridir.

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …