Molla rejimi “İnsaf News” saytında Azərbaycan türkcəsinə qarşı irqçi yanaşma

GADTB: İrqçi fars-molla rejimi “İnsaf News” saytı iki azərbaycanlı valinin görüşündə danışılan türk dilindən narazıdır.

 “İnsaf Xəbər” islahatçı qanaddan olan sayt “Rəsmi toplantıda farscaya saymazlıq” başlıqlı xəbər dərc edərək Şərqi Azərbaycan valisi Bəhram Sərməstin Urmu gölünün bərpası ilə bağlı iclasda Azərbaycan türkcəsindəki çıxışını tənqid edib. Görüş Şərqi və Qərbi Azərbaycanın qubernatorlarının və gölün bərpası üzrə işçi qrupunun katibinin iştirakı ilə keçirilib.

Media orqanı toplantının türk dilini “Azəri” adlandırmaqla, orada iştirak edən məmurları Azərbaycan xalqının dili əvəzinə fars dilində danışmağa çağırıb.

Bu cür yanaşma mərkəzçi və islahatçı hərəkatların qeyri-fars dillərə qarşı qərəzli münasibətini bir daha ortaya qoyur.

Belə münasibət İranda xalqlar arasında milli, dil və mədəni ayrılıqları alovlandırır və göstərir ki, bəzi mərkəzçi cərəyanlar hələ də İranda məzlum xalqların bərabər hüquqlarını qəbul etməkdən imtina edirlər.

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …