Şənbə , Aprel 25 2026
azfa

Gündəlik Arxivlər: Yanvar 29, 2026

Təbriz məhkəməsi üç azərbaycanlı türk fəalını çağırdı – gəlmədikləri halda həbs qərarı ilə hədələnirlər

GADTB: Azərbaycanlı türk fəallar Fərzanə Daniyar, Fatimə Dadaşzadə və Aşqin İmami 1404-cü ilin 6 bəhmən tarixində molla rejimi tərəfindən Təbriz şəhərinin 8-ci məhkəmə şöbəsinə çağırılıblar. Çağırış vərəqəsində qeyd olunub ki, adıçəkilən şəxslər beş gün müddətində sözügedən şöbəyə müraciət etməlidirlər. Müəyyən edilmiş müddətdə məhkəməyə getmədikləri təqdirdə barələrində həbs qətimkan tədbiri çıxarılacağı …

Ətraflı oxu »

Zəncanda 17 yaşlı azərbaycanlı yeniyetmələr İlya Ocaqlu və Mehdi Gəncdaniş hökumət qüvvələrinin birbaşa atəşi ilə öldürülüb

GADTB: 17 yaşlı azərbaycanlı yeniyetmə İlya Ocaqlu 1404-cü ilin 19 dey tarixində Zəncan şəhərində baş verən kütləvi etirazlar zamanı hökumət qüvvələrinin birbaşa açdığı atəş nəticəsində ürək nahiyəsindən yaralanaraq həyatını itirib. Bildirilir ki, güllənin yetirdiyi ağır xəsarət səbəbindən onu xilas etmək mümkün olmayıb. Həmçinin Zəncan şəhərindən olan 17 yaşlı məktəbli Mehdi …

Ətraflı oxu »

Reuters: “Tramp etirazları bərpa üçün İrana zərbə endirməyi düşünür”

GADTB: İranla danışıqların uğursuz olması Amerikanı İrana hücuma sövq edir. Artıq Trampın hücum planlarını aradırmağa başladığı bildirilir. “Reuters” agentliyinin ABŞ və bölgədəki diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ prezidenti Donald Tramp İranda etirazların yenidən güclənməsinə səbəb ola biləcək mümkün hərbi addımları müzakirə edir. Mənbələr bildirir ki, nəzərdən keçirilən variantlar …

Ətraflı oxu »

Təbrizdə Əsəl Şakeri, Ərdəbildə isə Əşkan Şəhbazi etirazlar zamanı öldürülüb

GADTB: 33 yaşlı təbrizli azərbaycanlı gənc, fotoqraf və videorejissor Əsəl Şakeri 1404-cü ilin 19 dey tarixində Təbriz şəhərində keçirilən kütləvi etirazlar zamanı İran İslam Respublikasının repressiv qüvvələrinin birbaşa açdığı atəş nəticəsində həyatını itirib. Məlumatlara əsasən, onun nəşi təxminən 13 gün sonra və təhlükəsizlik qurumlarının təzyiqi altında ailəsinə təhvil verilib. Bildirilir …

Ətraflı oxu »

Avropa Birliyi ölkələri SEPAH-ı terror təşkilatı kimi tanımağa razılaşdı

GADTB: Yelisey Sarayına yaxın bir mənbə bildirib ki, Fransa İnqilab Keşikçiləri Korpusunun Avropa Birliyinin terror təşkilatları siyahısına daxil edilməsini dəstəkləyir. Bu mövqe İranda etirazların zorakılıqla yatırılmasından sonra İslam Respublikasına qarşı siyasi və diplomatik təzyiqlərin artması ilə əlaqədardır. Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas əvvəllər Aİ-nin etirazçılara qarşı …

Ətraflı oxu »

Molla rejimin təbrizdə həbs etdiyi tələbə Səhənd Abbasniyanın vəziyyəti barədə məlumat yoxdur

GADTB: Təbriz İslam İncəsənətləri Universitetinin memarlıq ixtisası üzrə tələbəsi Səhənd Abbasniya 2 bəhmən tarixində Marağa şəhərində ailəsinə məxsus evdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Məlumatlara görə, saxlanılma zamanı onun şəxsi mobil telefonu və bəzi şəxsi əşyaları da müsadirə edilib. Bu hadisə ondan sonra baş verib ki, Səhənd Abbasniya daha əvvəl — …

Ətraflı oxu »