Çərşənbə , Oktyabr 14 2026
azfa

Reuters: “Tramp etirazları bərpa üçün İrana zərbə endirməyi düşünür”

GADTB: İranla danışıqların uğursuz olması Amerikanı İrana hücuma sövq edir. Artıq Trampın hücum planlarını aradırmağa başladığı bildirilir.

“Reuters” agentliyinin ABŞ və bölgədəki diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ prezidenti Donald Tramp İranda etirazların yenidən güclənməsinə səbəb ola biləcək mümkün hərbi addımları müzakirə edir.

Mənbələr bildirir ki, nəzərdən keçirilən variantlar arasında İranın etirazları yatırmaqda məsul sayılan təhlükəsizlik qüvvələri, yüksək rütbəli komandirlər və bəzi dövlət qurumlarına qarşı hədəfli zərbələr də yer alır.

Eyni zamanda, İranın ballistik raket infrastrukturu və uranın zənginləşdirilməsi ilə məşğul olan obyektlərinə qarşı daha genişmiqyaslı zərbə ssenariləri də müzakirə olunur. Ancaq Tramp hələlik hərbi əməliyyatla bağlı yekun qərar verməyib.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …