Cümə axşamı , Noyabr 12 2026
azfa

Aylıq Arxivlər: Noyabr 2026

Təbrizli gənc müğənni Fərzad Purəhməd vəfat edib – Video

GADTB: “Təbriz” mahnısının ifaçısı olan təbrizli sənətçi Fərzad Purəhməd 40 yaşında dünyasını dəyişib. O, yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. 1 fevral 1986-cı il tarixində anadan olan sənətçi “Təbriz” mahnısının ifası ilə tanınıb. Fərzad Purəhməd Təbriz şəhərində dünyaya gəlib. O, musiqi fəaliyyətinə tənbək ifaçılığı ilə başlayıb və Şəhram Abrumənd ilə Əlirza …

Ətraflı oxu »

İraq: “ABŞ İraqdan İranla demək olar ki, bütün sərhəd-keçid məntəqələrini bağlamağı tələb edib”

GADTB: İraqın xarici işlər naziri Fuad Hüseyn bəyan edib ki, Vaşinqton rəsmi şəkildə Bağdaddan İranla olan bütün sərhəd-keçid məntəqələrini — ikisi istisna olmaqla — bağlamağı xahiş edib. O, həm də regiondakı mövcud vəziyyətin müharibənin bərpası ehtimalına dəlalət etdiyini qeyd edib. Nazirin sözlərinə görə, Bağdad dostluq və birliyi qəbul etdiyini Tehrana …

Ətraflı oxu »

ABŞ İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə silah daşınmasına nəzarət etmək üçün işçi qrupu yaradır

GADTB: ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə qabaqcıl silahların, ikili təyinatlı texnologiyaların və sanksiyalara məruz qalan digər malların daşınmasının qarşısını almaq məqsədilə yeni işçi qrupunun yaradılacağını açıqlayıb. CENTCOM şənbə günü, 7 noyabrda bildirib ki, “Dəmir Qapı” adlandırılan bu hərbi-mülki işçi qrupu qurumun komandanı admiral …

Ətraflı oxu »

Bu gün Azərbaycanda Zəfər Günüdür

GADTB: Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü – Zəfər Günü qeyd olunur. Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib. Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın …

Ətraflı oxu »

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 8 Noyabr – Azərbaycanın Zəfər Günü münasibətilə təbrik mesajı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 8 Noyabr – Azərbaycanın Zəfər Günü münasibətilə təbrik mesajı yayıb. Təbrik mesajını olduğu kimi təqdim edirik: Güney Azərbaycan Demokratik Türk Birliyinin 8 Noyabr – Azərbaycanın Zəfər Günü münasibətilə təbrik mesajı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində misilsiz qələbəsi nəticəsində 8 Noyabr Azərbaycanda Zəfər Günü …

Ətraflı oxu »

Molla rejimin həbs etdiyi azərbaycanlı gənc Vəhid Vidafer müvəqqəti azadlığa buraxılıb

GADTB: Təbriz şəhərində yaşayan azərbaycanlı gənc Vəhid Vidafer noyabrın 2-də, bazar ertəsi günü girov qarşılığında bu şəhərin həbsxanasından müvəqqəti azadlığa buraxılıb. Bu vətəndaşın işi üzrə məhkəmə iclası da təxminən iki həftə əvvəl Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində, “hakim Həmlbər Mücərrəd”in sədrliyi ilə həbsxanadan videokonfrans vasitəsilə keçirilib. O, “rəhbəri təhqir etmək” …

Ətraflı oxu »

Avstraliya Azərbaycan Assosiasiyaları Birliyi Zəfər Günü münasibətilə təbrik mesajı yayıb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyaları Birliyi Zəfər Günü münasibətilə təbrik mesajı yayıb. Bəyanatı olduğu kimi təqdim edirik: Avstraliya Azərbaycan Assosiasiyaları Birliyinin Zəfər bayramı münasibətilə təbrik bəyanatı Müzəffər Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində modern müharibə taktikası ilə dünyanın savaş tarixində mümkün olmayanı mümkün edib və 30 ilə yaxın işğalda qalmış Azərbaycan ərazilərini …

Ətraflı oxu »

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

GADTB: Azərbaycan, ABŞ və Ermənistanın “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsini həyata keçirmək üçün üçtərəfli texniki qrupları fəaliyyətə başlayıb. Bu barədə üç ölkə hökumətlərinin 6 noyabrda dərc olunmuş birgə bəyanatında bildirilib. İşçi qruplarının işə başlaması ilə bağlı görüşdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi …

Ətraflı oxu »

ABŞ Kanadada səkkiz maliyyə xidmətləri şirkətini SEPAH-a maliyyə vəsaitlərinin köçürülməsi ittihamları ilə sanksiyalara məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi cümə günü, 6 noyabr 2026-cı il tarixində İran İslam Respublikası rejiminə qarşı genişmiqyaslı “iqtisadi təcrid” əməliyyatının davamı olaraq Kanadada yerləşən səkkiz maliyyə xidmətləri və valyuta mübadiləsi şirkətinə sanksiya tətbiq edib. Nazirliyin açıqlamasına görə, bu şirkətlər rialı və digər valyutaları rəqəmsal aktivlərə çevirməklə, SEPAH-la əlaqəli şəbəkələrə pul …

Ətraflı oxu »

ABŞ-dan İran İslam Respublikası rejiminin nüvə proqramı ilə əlaqəli alimlər, texnologiyalar və şəbəkələr barədə məlumat verənlərə 20 milyon dollaradək mükafat

GADTB: ABŞ Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik Xidmətinə bağlı “Ədalət naminə mükafat” proqramı fars dilində yaydığı müraciətlə İran İslam Respublikası rejiminin nüvə proqramı barədə məlumat əldə etmək üçün 20 milyon dollaradək mükafat müəyyən edildiyini açıqlayıb. Müraciətdə konkret olaraq nüvə proqramının icrasında iştirak edən şəxslər və alimlər, bu proqramla əlaqəli imkan və …

Ətraflı oxu »