
GADTB: Ermənistan mətbuatının yaydığı məlumata görə, Ermənistan hökuməti TRIPP layihəsinin həyata keçirilməsi məqsədilə “TRIPP Development Company” adlı səhmdar cəmiyyətin yaradılmasına dair saziş layihəsini təsdiqləyib.
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında məsələni şərh edərkən bu barədədeyib: “Bu gün TRIPP layihəsinin həyata keçirilməsində daha bir mühüm mərhələyə qədəm qoyuruq”.
Qeyd edək ki, saziş Ermənistan hökuməti ilə ABŞ-da yaradılmış TRIPP Development Company US arasında imzalanacaq. Sənədin bir həftə ərzində imzalanması, bundan sonra isə şirkətin Ermənistanda qeydiyyata alınması gözlənilir.
Ermənistanın ərazi idarəetməsi və infrastruktur nazirinin müavini Kristine Qaleçyanın sözlərinə görə, şirkətin idarə heyəti beş nəfərdən ibarət olacaq. Onlardan ikisini Ermənistan tərəfi təyin edəcək.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi