Cümə , Dekabr 13 2024
azfa

21 Azərin ildönümü ilə əlaqədar Ərdəbil şəhərində vərəqələr yapışdırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 21 Azərin ildönümü ilə əlaqədar Ərdəbil şəhərində vərəqələr çap edilərək ictimai yerlərdə vivarlara yapışdırılıb.

Bir qrup Azərbaycan Milli Hərəkatının fəalları Azərbaycan milli hökumətinin qurulmasının 79-cu ildönümünü ilə əlaqədar Ərdəbildə aksiya keçiriblər. İctimai yerlərə yapışdırılan və ya paylanılan posterlərdə “Güney Azərbaycan Milli Dövlətinin günü münasibətilə təbrik edirik” yazılıb.

Bundan öncə isə Pişəvərinin doğulduğu şəhər yəni Xalxalda biir qrup azərbaycanlı fəal posterlər çap edərək ictimai yerlərə yapışdırmışdılar. Hər il 21 Azərlə bağlı müxtəlif tədbirlər keçirilir.

Həmçinin yoxlayın

İran, Ermənistan və Hindistan arasında növbəti üçtərəfli məsləhətləşmələr keçirilib

IRIB News xəbər verir ki, Yeni Dehlidə İran-Ermənistan-Hindistan formatında ikinci görüş baş tutub. Görüşdə Hindistan …

İrqçi fars rejimin qəsdən laqeydliyi nəticəsində Təbrizdə 160 illik tarixi abidə məhv olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin qəsdən laqeydliyi üzündən Təbrizin tarixi …