Çərşənbə , Oktyabr 14 2026
azfa

Türkiyənin milli qırıcı təyyarəsi daha bir uçuş testini uğurla tamamlayıb

GADTB: Türk Aviasiya və Kosmik Sənayesi Şirkəti (TUSAŞ) “Kaan” qırıcısı ilə bağlı həyata keçirilən testə aid görüntüləri yayımlayıb.

Türkiyənin milli qırıcı təyyarəsi “Kaan”ın 3-cü uçuşu üçün testlər uğurla davam edir.

Yerli döyüş təyyarəsi “Kaan” aviasiyada “afterburner” kimi tanınan əlavə yanma qurğusunu işə salıb. Türk Aviasiya və Kosmik Sənayesi Şirkəti (TUSAŞ) həyata keçirilən testə aid görüntüləri yayımlayıb.

“Kaan” 21 fevral tarixində ilk uçuş testini uğurla tamamlamışdı. İkinci uçuşunu 6 may tarixində həyata keçirən təyyarə havada qaldığı 14 dəqiqə ərzində 10 min fut yüksəkliyə qalxaraq 230 knot sürətə çatmağı bacarıb.

Həmçinin yoxlayın

Azərbaycandan Fransa Xarici İşlər Nazirliyinin başçısının Azərbaycanı hədəf almasına etiraz

GADTB: Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və …

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …