Bazar ertəsi , Oktyabr 26 2026
azfa

3 nəfər azərbaycanlı fəala bəraət verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rəşt şəhərin 12-ci İnqilab Məhkəməsi günahsız yerə yaxalanan azərbaycanlı fəallara bəraət qərarı çıxarıb.

Ermənistanın Azərbaycan ərazilərinə hərbi hücumunu pislədiyi üçün rejimin yaxaladığı azərbaycanlı fəallar İbrahim Gənci, Vədud Əsədi və Məhəmməd Eyni  şərlənərək “ölkə təhlükəsizliyinə qarşı çalışmaq” və “Sistemə qarşı təbliğat”da ittiham edilmişdilər.

 “Yağış” öyrənci dərgisinin məsullarından olan İbrahim Gənci oktyabrın 18-də yaxalanmışdı. Vədud Əsədi və Məhəmməd Eyni isə oktyabrın 19-da Rəştdə yaxalanmışdılar.

Artıq heç bir günahı olmadan rejimin yaxaladığı azərbaycanlı fəallara bəraət verildiyi bildirilir.

Qeyd edək ki, 44 günlük II Qarabağ müharibəsi dövründə İran rejimi ermənilərə yardım edirdi. Buna etiraz edən azərbaycanlı fəalları isə həbs edirdi.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …