GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 9 ay mübarizə və məhkəmədən Təbrizdə azərbaycanlı valideynlər qızlarına “Türkay” adına doğum şəhadətnaməsi ala bilirlər.
Türkayın atası Hüseyn Şirdel bununla bağlı bildirib ki, bir neçə aylıq məhkəmə çəkişməsindən sonra Şərqi Azərbaycan əyalətində rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi türkcə ada doğum şəhadətnaməsi verməyə məcbur olub.
Qeyd edək ki, azərbaycanlı milli fəal Murtəza Nurməhəmmədi işgüzar xahişi ilə əlaqədar Sofyan şəhərində Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinə çağırılıb.
Nurməhəmmədi idarəyə geldiyi zaman rejimin ETTELAAT məmurları tərəfindən yaxalanıb.