
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə mətbuatı İran rejiminin azərbaycanlı ailənin 9 ay mübarizəsindən sonra Ayıl adına şəxsiyyət vəsiqəsi verməyə məcbur olmasını geniş şəkildə işıqlandırıb.
Türk mətbuatında yazılıb ki, Ərdəbildə yaşayan azərbaycanlı musiqiçi və sənətçi Səccad Colaninin 9 ay mübarizədən sonra qızına verdiyi Ayıl adı aprelin 6-da rəsmən qeydiyyata alınıb. Colani həmin türk adla qızına şəxsiyyət vəsiqəsi ala bilib.
Həmin xəbər “İranda türk ata qızına türkcə ad vermək mücadiləsini qazandı”, “İranda Azərbaycan Türkü ailənin türkcə zəfəri”, “Ayıl kimliyinə qovuşdu” başlıqları ilə müxtəlif KİV vasitələrində işıqlandırılıb:
Xəbər Türkiyənin “Anadolu” xəbər agentliyi,
“CCN TURK” televizya kanalı,
“Miliyyət”,
“Yenişafak”,
“Posta”,
və “Star” qəzetləri,
“TRTTURK”,
“Haber7”,
“Takvim”
və “İstiklal” xəbər saytlarında geniş şəkildə əks etdirilib.