Arəş Sadiqi azərbaycanlı siyasi məhbusun vəziyyətinin ağır olması ilə bağlı xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, keçmiş azərbaycanlı siyasi məhbus Arəş Sadiqi molla rejimin həbs etdiyi Güney Azərbaycan Milli Hərəkatının fəallarından, tanınmış din xadimi Əbdüləziz Əzimi Qədiminin sağlıq durumuna toxunaraq “X” hesabında yazıb:

“Azərbaycanlı mədəni fəal Əbdüləziz Əzimi Qədiminin həyatı təhlükədədir. Bu arada o, saxta ittihamlara etiraz olaraq aclıq aksiyasının 34-cü gününü Tehranın Evin həbsxanasında keçirir. Aclıq aksiyası məhbusun son fəryadıdır”.

Qeyd edək ki, Arəş Sadiqi keçmiş siyasi məhbus, insan haqları müdafiəçisi və “Əllamə Təbatəbai” Universitetinin qovulmuş tələbəsidir. O, özü də həbsdə olarkən aclıq aksiyası keçirdiyindən böyrəklərində, mədəsində və ürəyində ciddi problemlər yaranıb.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …