Son illər Urmiya gölünün durumu daha da pisləşib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölündən havadan çəkilmiş son görüntülər göstərir ki, Güney Azərbaycanın mavi incisinin vəziyyəti 13-cü hökumətin (İbrahim Rəisi) üç ilində 12-ci hökumətin (Həsən Ruhani) sonunda olduğundan daha da pisləşib.

İyulun 24-də 2021-ci ildən indiyədək Urmiya gölünün vəziyyətini əks etdirən peyk görüntüləri göstərir ki, üç il ərzində Urmiya gölü daha çox quruyub.

Son 4 il yəni 2021, 2022, 2023 və 2024-cü illər müqayisə edilib.

Gölün tarixində ən pis vəziyyət keçən il olub, belə ki, onun 90%-dən çoxu tamamilə quruyub.

İbrahim Rəisinin prezidentliyi dövründə Urmiya gölünün durumu ilə bağlı statistik məlumatlar rəsmi səhifələrdən silinib və məxfiləşdirilib. Yalnız son günlər bu barədə məlumat ifşa olunub.

Qeyd edək ki, irqçi fars-molla rejimi Urmiya gölünə tökülən çayların qarşısını kəsməklə gölü qurudub.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …