Molla rejimin etirazlarda həbs etdiyi azərbaycanlı idmançı kor ola bilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2022-ci ilin sentyabr ayında başlayan ümumi etirazlarda həbs edilən azərbaycanlı idmançı Səhənd Nurməhəmmədzadə kor olmaq təhlükəsi ilə qarşılaşıb.

Azərbaycanlı məhbusun vəkili Hamid Əhmədi bu barədə xəbərdarlıq edərək deyib: “10 ail azadlıqdan məhrum edilən və hazırda Kirmanın Kəhnuc həbsxanasında saxlanılan Səhənd Nurməhəmmədzadənin gözlərində ciddi problemlər var və o müalicə olunmayacağı təqdirdə kor olacaq”.

Onun sözlərinə görə, bu barədə Tibbi Ekspertiza Mərkəzi və həkimlərin arayışı olmasına baxmayaraq, ədliyyə sistemi məhkumun kənarda müalicə və əməliyyat olunmasına icazə vermir.

Qeyd edək ki, Səhənd Nurməhəmmədzadə 2022-ci il oktyabrın 4-də Tehran şəhərində həbs edilib və dekabrın 3-də barəsində edam hökmü çıxarılıb.

26 yaşlı gənc etiraz aksiyaları zamanı zibil qutularını yandıraraq yolu bağlamaqda, ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılıb.

O, barəsində çıxarılan qərardan şikayət etdikdən sonra ölüm hökmü 6 il azadlıqdan məhrumetmə və 10 il sürgün cəzasına dəyişdirilib.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …