Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimin məmurlarının güllələdiyi azərbaycanlı yenidən əməliyyat olunub

GADTB: Məcburi hicab qaydalarını pozduğuna görə polis tərəfindən vurularaq ağır yaralanan Arezu Bədri bu gün daha bir əməliyyat olunub.

Ağciyərlərində yığılan mayeni çıxarılması üçün əməliyyat keçirən Bədrinin vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, Güney Azərbaycanın Germi şəhərindən olan 31 yaşlı Arezu Bədri iyulun 22-də Mazandaran vilayətinin Nur şəhərində avtomobilini hicabsız idarə etdiyinə görə polis tərəfindən güllələnib.

Bədrinin ailə üzvlərinə kəşfiyyat və təhlükəsizlik orqanları tərəfindən şikayətlərini geri götürmələri üçün təzyiq edilir.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …