Bazar , Sentyabr 20 2026
azfa

İranın Sepah terror təşkilatı terroru Türküstana daşıyır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Sepah terror təşkilatı terroru Türküstanda terror şəbəkəsi yaradır.

İraqda fəaliyyət göstərən SEPAH “Qüds” qüvvələrinin nəzarətində olan “Kətaib Hizbullah” silahlı qruplaşması Orta Asiya ölkələrinə yəhudilərə qarşı terror hücumları törədib.

Bundan əvvəl İraq və Suriyada fəaliyyət göstərən qruplaşma indi də Özbəkistan və Qazaxıstanda fəallaşıb.

Məlumata görə, “Kətaib Hizbullah”ın Orta Asiyadakı əsas rəhbərlərindən biri “Seyyid Həmid Əl-Taciki” ləqəbli Məhəmmədəli Burhanovdur.

SEPAH-ın “Qüds” qüvvələrinin 400-cü bölməsinin nəzdində qurulan “Kətaib Hizbullah” cari ayda özünün “Terror” Alaram” sosial media hesabında Orta Asiyada yəhudilərə qarşı təhdidkar paylaşımlar edib.

Terror qruplaşmasının təmsilçisi Məhəmmədəli Burhanov Tehranın “Əlmustafa” Universitetində təhsil alıb.

Həmin Universitet dünyanın 60 ölkəsindən radikal gənclərin təhsili və onların İranın siyasi-ideolojik maraqlarına, terror planlarına  xidmət edən gənclərin cəlb olunduğu mərkəzdir.

“Əlmustafa” Universiteti terrorist hənclərin təlimi ilə məşğul olduğuna görə, ABŞ və Kanada dövlətləri tərəfindən sanksiyalara məruz qalıb.

2000-ci ildəki illik büdcəsi 100 milyon dollar olan “Əlmustafa” Universiteti İranın ən çox büdcə ayrılan Universiteti hesab edilir.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …