Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə aparıb və sonda peşəkar CFL yarışlarının çempionluq kubokunu başı üzərinə qaldırıb.

O, yarışdan əvvəl “Türkün qanı, qurdun ruhu; Yaşasın Azərbaycan, yaşasın Türk milləti!” şüarını səsləndirib, Azərbaycan və Traxtur şalı ilə meydana çıxaraq yarış meydanında azərbaycanlı idmançının fərqli obrazını nümayiş etdirib.

Yayılan məlumatlara görə, final mərhələsində Traxtur bayrağının qaldırılmasına etiraz edilib. Lakin milli kimliyin səsini susdurmaq mümkün olmayıb. Eylin Hoccət Təbrizlinin (İbrahimi) ifa etdiyi “Dünya duysun bu səsi, bu səs Türkün səsidir” adlı qəhrəmanlıq mahnısının sədaları altında meydana çıxıb və bir neçə dəqiqə sonra birinci yeri tutaraq cavabını yarış meydanında verib.

Bu gün Eylin Zamaninin adı Təbriz və Azərbaycan adları ilə yanaşı səslənir.

Azərbaycanın qızı meydana çıxdı, dayandı və çempion olaraq geri döndü.

Dünya duysun bu səsi;

Bu səs Türkün səsidir!

https://t.me/GADTB1/59227

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …