Bazar , Sentyabr 20 2026
azfa

Qərbi Azərbaycan İcması Kamala Harrisin açıqlamasıyla bağlı bəyanat yayıb

GADTB: Qərbi Azərbaycan İcması ABŞ-nin vitse-prezidenti Kamala Harrisin erməni icmasının Qarabağa qayıtması ilə bağlı açıqlamasına münasibət bildirib.

İcmanın həmin bəyanatını təqdim edirik:

“ABŞ-nin vitse-prezidenti Kamala Harris, prezidentliyə namizəd qismində, Amerikanın erməni icmasına ünvanlandığı müraciətdə “Dağlıq Qarabağ”dan olan ermənilərin qayıtmaq hüququna istinad edib.

İlk növbədə, qeyd edək ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı bölgə yoxdur. Separatçılıq və işğalla assosiasiya olunan bu terminin işlədilməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir.

Bundan əlavə, ABŞ vitse-prezidentinin qayıdış hüququna yalnız etnik ermənilər üçün istinad etməsi ayrı-seçkilik xarakteri daşıyır. Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququ ədalətin və davamlı sülhün bərqərar olunması üçün zəruri şərtdir. Vitse-prezidentin Qərbi azərbaycanlıların qayıdış hüququnu görməzdən gəlməsi sülhə kömək etmir və yanlışdır.

Biz vitse-prezident Harrisə müraciət edərək, onu Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq hüququna hörmət etməyə və qayıdış hüququ məsələsində etnik və ya dini mənsubiyyətə əsaslanan ayrı-seçkiliyə yol verməməyə çağırırıq.”

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …