Şənbə , Noyabr 28 2026
azfa

Avropa İttifaqı İrana Rusiyaya raket tədarükünə görə sanksiyalar tətbiq edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa İttifaqı Şurası bəyanat yayaraq İrana sanksiya tətbiq etdiyini bildirib.

Aİ xarici işlər nazirləri bu gün İrana Rusiyaya Ukraynada istifadə üçün ballistik raketlər tədarükünə görə sanksiyalar tətbiq ediblər.

İranın “Rusiyaya raket tədarükünə” cavab olaraq 7 fiziki şəxs və 7 qurum sanksiya tətbiq edilib.

Üç İran aviaşirkəti – “Iran Air”, “Mahan Air” və “Saha”ya da sanksiya tətbiq edilib.

Bundan əlavə, İranın müdafiə nazirinin müavini Seyid Həmzə Qələndəri, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin (SEPAH-QF), SEPAH-ın Hatəm əl-Ənbiya Mərkəzi Qərargahı və SEPAH Aerokosmik Qüvvələrinin tanınmış rəsmilərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Həmçinin Aİ-də siyahıya alınmış İran Təyyarə İstehsalat Sənayesi (HESA) və Aerokosmik Sənaye Təşkilatının (AIO) idarəedici direktorları da siyahıya salınıb.

Həmçinin yoxlayın

Azərbaycanlı aşıq saz və söz avazı ilə Ərşiya İmamqulizadənin vəfatının dördüncü ildönümündə – Video

GADTB: Cümə günü, azər ayının 6-da yayımlanan videolarda azərbaycanlı yeniyetmə Ərşiya İmamqulizadə Ələmdarinin vəfatının dördüncü …

ABŞ Oman dənizində Bəndər-Abbas limanından çıxan İranın ticarət gəmisinin mühərrik bölməsi vurub- Video

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, 1405-ci il azər ayının 5-də, cümə axşamı, ABŞ-a …