Urmiya gölü 23 bəndlə qurudulur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölü çaylar üzərində qurulan 23 bəndlə qurudulur.

Azərbaycanın ən böyük göllərindən biri olan, müxtəlif bitki və heyvan növlərinin əhəmiyyətli yaşayış yeri sayılan Urmiya gölü 23 bəndin tikintisi və su ehtiyatlarının düzgün idarə edilməməsi səbəbindən yox olmaq üzrədir.

Hazırda Urmiya gölünün ümumi həcmindən cəmi 10%-i qalıb. Suyun səviyyəsinin belə azalması ciddi ekoloji və iqtisadi fəsadlar törədir və milyonlarla köçəri quşların və bölgə sakinlərinin həyatını təhlükə altına atır.

Qeyd edək ki, Urmiya gölünün qurumasının əsas amillərindən biri də onun su hövzəsi ərazisində 23 bəndin tikilməsi və həmin bəndlər vasitəsiə gölə suyun axmasının qarşısının alınmasıdır.

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …